...

Prokurorluq sistemində kadr dəyişiklikləri həyata keçirilib

Siyasət Materials 13 Sentyabr 2007 16:08 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Prokurorluq sistemində kadr dəyişiklikləri həyata keçirilib. Baş Prokurorluqdan cümə axşamı Trend ə verilən məlumata görə, Sabirabad rayon prokuroru Fizuli Musayev Şamaxıya, Şamaxının prokuroru Seyfulla Aslanov isə Sabirabada prokuror təyin olunub.

Baş prokurorun digər əmri ilə Zülfəli Hacıyev Neftçalaya prokuror təyin olunub. Hacıyev bundan öncə Baş Prokurorluğda işləyib.

Lerik rayon prokuroru Əhməd Həsənov isə inzibati qaydada cəzalandırılaraq vəzifəsindən kənarlaşdırılıb.Məlumata görə, Həsənov bir müddət öncə Lerikdə insan ölümü ilə nəticələnən yol qəzası ilə bağlı tutduğu vəzifədən müvəqqəti uzaqlaşdırılmışdı. İstintaq zamanı Həsənovun günahı olmadığı müəyyənləşdirilib. Lakin prokuror xidməti avtomobili özü idarə etdiyi üçün intizami qaydada cəzalandırılıb və vəzifədən azad olunub. Hələlik Lerikə yeni prokuror təyin olunmayıb.

Xəbər lenti

Xəbər lenti