...

Iranlı politoloq: "ABŞ və İran hakimiyyətlərinin hər ikisi İraqda terrorizmi gücləndirir"

Siyasət Materials 18 Sentyabr 2007 14:11 (UTC +04:00)
Iranlı politoloq: "ABŞ və İran hakimiyyətlərinin hər ikisi İraqda terrorizmi gücləndirir"

Azərbaycan, Bakı/ Trend , müxbir D.Xatınoğlu/ Amerika rəsmilərinin İranı terrorizmə dəstək verməkdə ittihamlandırmasına cavb olaraq İran rəsmiləri də ABŞ hərbçilərinin İraqda qalmasını sabitliyin pozulması kimi qiymətləndirirlər. "Həm Amerika, həm də İran hakimiyyəti terrorizmi gücləndirir" - deyə Almaniyada fəaliyyət göstərən iranlı politoloq Məhəmməd Asəngəran bildirib.

Amerika rəsmiləri İranın İraqda terror törətməsi və şiə qruplara silah verməsi barədə kifayət qədər fakt və sübut əldə etdiklərini bildiriblər. İran prezidenti Mahmud Əhmədinejad isə sentyabrın 17-də İranın "Came-Cəm" televiziyasına verdiyi musahibədə bildirib ki, ABŞ hərbçilərinin İraqda qalması bu ölkənin sabitliyinin pozulmasında səbəbdir.

İranlı politoloq Asəngəran çərşənbə axşamı Berlindən telefonla Trend ə bildirib ki, Amerikanın təcavüzkar siyasəti nəticəsində İraqda 70 min nəfər iraqlı həlak olub. Bundan əlavə, milyonlarla insanın təhlükəsizliyi pozulub.

Asəngəran rəsmi Tehranın da İraqda terror törətməsini istisna etmir: "Amerika və İran hakimiyyətlərinin hər ikisi İraqda terrorizmi gücləndirir".

İranlı politoloq bildirib ki, Amerika İrana hücum edərsə, nə İran milləti, nə də hakimiyyəti xeyir görməyəcək. "Bu arada uduzanları saymaq gərəkdir, udan bir kimsə olmayacaq"- deyə İranlı politoloq bildirib.

Fransa XİN-in sədri Bernar Kuşner iki gün bundan əvvəl İrana garşı müharibə və hücum hədəli sərt bəyanat verib.

Xəbər lenti

Xəbər lenti