...

Türkiyə XİN-in rəhbəri ilə müsahibə: Ankara istəyir ki, XXI əsr münaqişələrin həlli əsri olsun

Siyasət Materials 9 Oktyabr 2007 16:28 (UTC +04:00)
Türkiyə XİN-in rəhbəri ilə müsahibə: Ankara istəyir ki, XXI əsr münaqişələrin həlli əsri olsun

İsrail, Qüds / Trend , müxbir R. Məmmədov/ Trend in xüsusi müxbirinin Türkiyənin xarici işlər naziri Əli Babacanla eksklüziv müsahibəsi

-Türkiyə və Azərbaycan arasında qarşılıqlı münasibətləri necə qiymətləndirmək olar?

- Azərbaycan bizə qardaş ölkədir. Azərbaycan və Türkiyə arasında qarşılıqlı münasibətlər dərin tarixi köklərə malikdir. Bizim xalqlarımızı yüzilliklər ərzində formalaşmış əlaqələr birləşdirir. Son illlər ərzində dostluq və əməkdaşlıq daha da möhkmlənib. Azərbaycanla əməkdaşlıq bizim üçün strateji əhəmiyyət daşıyır. Hazırda Türkiyə və Azərbaycan sıx əməkdaşlığa nail olublar, ölkələrimizin iqtisadiyyatı dayanmadan inkişaf edir, hər iki ölkə inamla gələcəyə doğru addımlayır. Azərbaycan beynəlxalq layihələr həyata keçirir ki, bu layihələr sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə, iqtisadi inkişafa və regionun inteqrasiyasına müsbət təsir göstərəcək.

Türkiyə bütün bu kimi qlobal layihələrdə iştirak edir. "Bakı-Tbilisi-Ceyhan" neft kəməri, "Bakı-Tbilisi-Ərzurum" qaz kəməri, "Bakı-Tbilisi-Qars" dəmir yolu layihəsi bütün regionun inkişafının yeni mərhələsini formalaşdırır. Bu sahəhə səylərimizi artırmaqla biz hər iki ölkənin iqtisadi maraqlarını tam olaraq təmin edə bilərik. Hazırda Azərbaycan və Türkiyə arasında ticarət-iqtisadi əlaqələrin intensiv olaraq genişlənməsinə baxmayaraq bu əlaqələr mövcud potensialı tam əks etdirmir, biz bu potensialdan istifadə etməliyik. Azərbaycan və Türkiyə arasında hazırda mövcud olan münasibətləri yüksək qiymətləndirirəm. Azərbaycan prezitdeti İlham Əliyevlə çox gözəl münasibətlərimiz var. Əsəb deyil ki, Türkiyənin yeni seçilmiş prezidenti cənab Abdulla Gül öz rəsmi səfərlərindən birini gələn ayın əvvəlində məhz Azərbaycana edəcək.

- Bu yaxınlarda məlum oldu ki, Türkiyə və Ermənistan arasında sərhədlərin açılması məsələsi yenidən gündlikdə dayanır. Bu barədə nə fikirləşirsiniz?

- Türkiyə -Ermənistan münasibətilərinin hazırki vəziyyəti sizə məlumdur. Bu münasibətlərin inkişafına bir tərəfdən iki xalqın tarixi ilə bağlı mövcud olan problemlər, digər tərəfdən Azərbaycan və Ermənistan arasında ərazi iddiası ilə bağlı münaqişə mane olur. Belə bir vəziyyətdə Türkiyə diplomatiyası Ermənistanla dialoq aparmaq üçün yollar axtarıb tapmağa çalışır.

Bu yaxınlarda BMT-nin Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclasında iştirak etdiyim zaman Ermənistanın xarici işlər naziri cənab Oskanyanla görüşdüm və ona bildiridim ki, biz qonşu ölkələrik, dialoq və əməkdaşlıq məqsədilə yollar axtarıb tapmalıyıq. Biz bir sıra tarixi problemlərə malikik, lakin biz problemlərimizi sülh və sivil yolla həll etməyə və gələcəyə doğru baxmağa çalışmalıyıq.

- Türkiyə Azərbaycan-Ermənistan münaqişəsinin həllində nə kimi rol oynaya bilər?

- Biz Azərbaycan-Ermənistan münaqişəsinin tarixini və real vəziyyətini çox gözəl bilirik. Biz çox ümid edirik ki, yaxın zamanlarda Azərbaycan və Ermənistanın Qarabağ probemini sülh və dioloq yolu ilə həll etmək üçün şansı olacaq. Türkiyə qardaş ölkə kimi münaqişəni həll etmək və sülhə nail olmaq məqsədilə diplomatik vasitələrlə kömək etməyə hazırdır. Biz istərdik ki, bizim region sülh, dialoq və rifah regionuna çevrilsin. Biz çox istəyirik ki, 21-ci əsr qarşıdurma və müharibə deyil, münaqişələrin həlli əsri olsun. Biz arzu edirik ki, dövlətlər arasında ərazi problemləri də daxil olmaqla bütün problemlər siyasi dioloq və konsensus yolu ilə həll olunsun. Bu bizim xarici siyasətimizin əsas tezisidir.

Əgər Türkiyənin xarici siyasət tarixinə nəzər salsaq, görərik ki, Türkiyə və Yunansıtan arasında 10 il bundan əvvəl mövcud olan münasibətlər bu gün mövcud olan münasibətlərlərdən fərqlənmir. Bizim digər qonşu dövlətlərlə də problemlərimiz olub. Bunu Türkiyə -Suriya münasibətləri barədə də demək olar, belə ki, bizim ölkələr arasında yalnız qarşıdurma mövcud idi, indi isə biz fəal şəkildə əməkdaşlıq edirik. Biz bu konsepsiyanı digər ölkələr arasında problemilərin həlli zamanı da tətbiq edirik. Biz hesab edirik ki, İraq, ərəb-İsrail, Azərbaycan-Ermənistan münaqişələrini siyasi dialoq yolu həll etmək lazımdır. Bu bərədə biz bir çox dövlət başçıları və xarici işlər nazirləri ilə görüş zamanı da bəyan edirik.

- Yaxın Şərqə diplomatik səfəriniz çərçivəsində ərəb-İrarail münaqişəsinin həll perspektivləri barədə nə düşünürsünüz?

- Yaxın Şərqə səfərim çərçivəsində regionun 9 ölkəsinə səfər etməyi planlaşdırıram, mən artıq Suriyada olmuşam, İsrail və Fələstin Muxtariyyətində danışıqlar keçirmişəm. Səfərin məqsədi Türkiyə kimi regionda iri və nüfuzlu bir dövlətin tarixi ərəb-israil münaqişəsinə həllinə necə kömək edə biləcəyini müəyyənləşdirməkdir. Danışıqlar zamanı hiss etdim ki, İsrail və Fələstin arasında bir çox təmas nöqtəsi var. Bundan əlavə mən İsrail prezidenti cənab Şimon Peresə Türkiyəyə rəsmi səfər etmək təklifini çatdırdım. Biz İsraillə çox gözəl münasibətlərə malikik, ölkələrimiz arasında iqtisadi əlaqələr hər il genişlənir. İsrailin baş naziri, həmçinin Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbasla danışıqlar zamanı mən əmin oldum ki, tərəflər sülh və dialoqa qəti şəkildə hazırdırlar. Biz öz tərəfimizdən münaqişənin həlli məqsədilə öz səylərimizi təklif etdik. Ümid edirik ki, Anapolisdə keçiriləcək Yaxın Şərq konfransı yaxşı hazırlanacaq və konfransda iştirak edəcək ölkələr İsrail və Fələstin Muxtariyyətinə iki ölkə arasında razılığa nail olmaqda köməklik göstərəcəklər. Türkiyə Yaxın Şərqdə tarixi köklərə malik olan ölkə kimi buna çox ümid edir.

Xəbər lenti

Xəbər lenti