...

Viktor Yuşenko koalisiya üzrə "yarıfabrikat razılaşmaları" yox, "düşünülmüş" təklifləri gözləyir

Siyasət Materials 12 Oktyabr 2007 21:41 (UTC +04:00)
Viktor Yuşenko koalisiya üzrə "yarıfabrikat razılaşmaları" yox, "düşünülmüş" təklifləri gözləyir

Azərbaycan, Bakı / Trend /Bu gün Ukrayna prezidentinin koalisiyanın formalaşdırılması, baş nazir vəzifəsinə namizədin müəyyənləşdirilməsi və yeni hökumətin yaxın perspektiv üçün fəaliyyət planının işlənilməsi üçün yeni Ali Radada çoxluğun yaradılması məqsədi ilə aparılan siyasi məsləhətləşmələrin iştirakçılarına verdiyi müddət bitir.

"Detallı şəkildə düşünülmüş koalisiya sazişi layihəsini təkcə prezident yox, bütün cəmiyyət gözləyir. Bu sənəd altıncı çağırış parlamentində çoxluğun formal təsdiqi (növbədənkənar seçkiləri rəsmi nəticələrinin elanından dərhal sonra baş tutmalıdır) üçün əsas olmalıdır. Yalnız bu halda dövlət üçün yorucu çoxnövlü koalisiya mübarizəsinin qarşısını almaq olar" - deyə Ukrayna prezidentinin katibliyinin rəhbəri Viktor Baloqa bəyan edib. Bu barədə prezidentin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir. "Dövlət başçısı yarıfabrikat razılaşmaları yox, yalnız düşünülmüş təklifləri gözləyir. Koalisiya və hökuməti formalaşdırmağa səy göstərən siyasi qüvvələrin təşəbbüslərində təxirəsalınmaz sosial-iqtisadi tədbirlərin yer alması olduqca önəmlidir. Nəticə etibarilə koalisiya-hökumət səylərinin məqsədi prosesin özü yox, ölkə üçün siyasətçilərin öz seçicilərinə vəd etdikləri nəticə olmalıdır" - deyə Baloqa vurğulayıb. (RBK)

Prezidentin katibliyinin rəhbəri qeyd edib ki, keyfiyyət anlaşmaların əldə edilməsinin məsuliyyəti məsləhətləşmələri aparan siyasi qüvvələrin liderlərinin üzərinə düşür. Baloqanın fikrincə, KİV-də yer alan heç bir şərhlər, bəyanatlar və çağırışlar ciddi, peşəkar dialoqu əvəzləyə bilməzlər: "Bu gün dövlət başçısının masası üzərinə qoyulan təkliflərin altında siyasi liderlərin imzaları olmalıdır. Bu, müvafiq siyasi qüvvələrin həmin təkliflərə tam dəstək vermələrinin sübutu olacaq. Belə halda götürülən öhdəliklərdən imtinanın risqi minimal olacaq".

Xəbər lenti

Xəbər lenti