...

Erməni "qenosidinin" tanınması ilə bağlı ABŞ-ın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyasının keçirilməsi planlaşdırır

Siyasət Materials 17 Oktyabr 2007 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Qarabağ Azadlıq Təşkilatı (QAT) ABŞ Konqresi Nümayəndələr Palatasının xarici əlaqələr Komitəsində qondarma "erməni soyqırımının" tanınmasına dair qərar çıxarılmasına etiraz olaraq aksiyalar keçirə bilər. Bu barədə Trend ə çərşənbə günü QAT-ın sədri Akif Nağı açıqlama verib.

ABŞ Konqresi Nümayəndələr Palatası beynəlxalq əlaqələr komitəsi oktyabrın 10-da 27 səs lehinə, 21 səs əleyhinə olmaqla, 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş hadisələrin ermənilərə qarşı törədilmiş "soyqırım" adlandırılması haqqında 106 saylı qətnamə çıxarıb.

QAT hesab edir ki, Azərbaycanın bütün ictimai-siyasi qüvvələri ermənilərin

yalançı iddialarına ABŞ konqresmenləri tərəfindən dəstək verilməsinə etirazını bildirməlidir. Ona görə də QAT ötən həftənin sonu bütün ictimai-siyasi təşkilatlara müraciət ünvanlayaraq onları birgə etiraz aksiyası keçirməyə çağırıb.

"Hələlik bizim çağırışımıza cavab verilməyib. Siyasi partiyalar hadisələrin gedişatını gözləyirlər. Əgər etiraz tədbirləri ilə bağlı bizə dəstək vermsələr, QAT özü ABŞ səfirliyi qarşısında etiraz aksiyası təşkil edə bilər"-deyə QAT sədri bildirib.

QAT Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazisi olan Qarabağın işğaldan azad olunması üçün ictimai mübarizəni təşkil etmək məqsədilə 2000-ci ildə Bakıda yaradılıb. Təşkilat öz sıralarında Azərbaycanın tanınmış ziyalıları, qaçqın və məcburi köçkünləri, gənclər, keçmiş döyüşçülər, ehtiyatda olan yüksək rütbəli zabitləri olmaqla 10 min nəfərə yaxın insanı birləşdirir.

Ermənistan və dünyadakı erməni lobbisi 92 ildir 1915-ci il Osmanlı dövləti (indiki Türkiyə) ərazisində baş vermiş hadisələrin "erməni soyqırımı" kimi dünyada tanıdılmasına çalışır və o zaman guya milyon yarım ermənin öldüyünü iddia edir. Türkiyə isə bu rəqəmi təkzib edərək bildirir ki, 1915-ci ildə Osmanlı İmperiyası daxili təhlükəsizliyi təmin etmək üçün işğalçı qüvvələrlə əməkdaşlıq edən erməni əhalisini bir yerdən başqa yerə köçürməyə məcbur olub. Türkiyə israr edir ki, əhalinin dinc köçürülməsi siyasəti əsla "soyqırım" sayıla bilməz. Türkiyənin 1915-ci il hadisələrini araşdırmaq üçün müxtəlif millətlərin tarixçilərindən ibarət birgə komissiya yaradılması və arxiv sənədlərinin öyrənilməsi barədə çağırışına Ermənistan hləki razılıq verməyib.

Xəbər lenti

Xəbər lenti