...

Qazaxda 173 sürücü avtomobili sərxoş idarə etdiyi üçün saxlanılıb

Siyasət Materials 18 Oktyabr 2007 12:02 (UTC +04:00)

Azərbaycan, Qazax / Trend müxbir N.Fətullayeva/ Paytaxt Bakıdan 520 kilometr qərbdə yerləşən Qazax rayonunda bu il 1624 yol hərəkəti qaydalarının pozuntusu qeydə alınıb, nəticədə 4 nəfər həlak olub, 7-si müxtəlif bədən xəsarəti alıb, cümə axşamı Trend in bölgə müxbirinə Qazax Polis İdarəsinin rəis müavini Ədalət Sadıxov bildirib. Onun sözlərinə görə, hesabat dövründə yol-nəqliyyat pozuntusunun 173-ü sərxoş halda avtomobili idarəetmə, 115-i sürət həddini aşma ilə bağlıdır. Sadıxov bildirib ki, bu ilin ilk üç rübü ərzində 8 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalarla bağlı iki nəfər cinayət məsuliyyətinə cəlb olunub.

Xəbər lenti

Xəbər lenti