...

Türkiyəli millət vəkili: "Hansı nəticə verməsindən asılı olmayaraq, Türkiyə, zərurət yarandıqda antiterror əməliyyatına başlayacaq"

Siyasət Materials 18 Oktyabr 2007 19:02 (UTC +04:00)
Türkiyəli millət vəkili: "Hansı nəticə verməsindən asılı olmayaraq, Türkiyə, zərurət yarandıqda antiterror əməliyyatına başlayacaq"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Türkiyə, hansı nəticələri verməsindən asılı olmayaraq, zərurət yaranarsa, öz təhlükəsizliyi naminə İraqın sərhədini keçərək, antiterror əməliyyatına başlayacaq. Bu fikirləri cümə axşamı Trend ə açıqlamasında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) milli təhlükəsizlik komissiyasının sədri, millət vəkili Həsən Murad Mərcan bildirib.

Türkiyənin Böyük Millət Məclisi (parlamenti) çərşənbə günü hökumətə, bir il ərzində PKK terrorçularına qarşı hərbi əməliyyatlar keçirməsinə icazə verən qərar çıxarıb.

Mərcan Türkiyənin hal-hazırda İraqın şimalında hərbi əməliyyatlara başlamadığını deyib. Onun sözlərinə görə, Türkiyə, yalnız zərurət yarandıqda bu addımı atacaq.

"Türkiyə hələlik PKK terror təşkilatının fəaliyyətinin tamamilə bitməsini tələb edir və gözləyir. Əgər gözlədiyimiz baş verməsə və Türkiyəyə qarşı terror aktları davam edərsə, o zaman antiterror əməliyyatlarına başlaya bilər"-deyə Türkiyəli millət vəkili bildirib.

Onun sözlərinə görə, rəsmi Ankara kürd terrorçuları qarşısında tərksilah olmaları barədə müddətli şərt qoymayıb.

Mərcan əlavə edib ki, Türkiyənin İraq daxilində hərbi əməliyyatlar aparması onun iqtisadiyyatına, büdcəsinə ziyan vurmayacaq.

Türkiyənin İraqa hücumunun beynəlxalq təşkiltalar və dünya dövlətləri, o cümlədən ABŞ tərəfindən etirazla qarşılanacağı ehtimalına gəldikdə, Mərcan "Türkiyə terrora qarşı hərbi əməliyat aparmağa məcbur qalarsa, sonu nə olur-olsun, bunu edəcək" deyib. O, əlavə edib ki, Türkiyə hərbi əməliyyatlara ehtiyac qalmayacağına ümid edir.

Xəbər lenti

Xəbər lenti