...

Bolqarıstanda Azərbaycana həsr olunmuş jurnal nəşr olunub

Siyasət Materials 26 Oktyabr 2007 17:37 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir S.Ağayeva/ Bolqarıstanda nəşr olunan çoxtirajlı "Happy weekend" jurnalının xüsusi əlavəsi Azərbaycana həsr olunub.

Azərbaycanın Bolqarıstandakı səfirliyindən bildirilib ki, jurnalın, Bolqarıstanın baş naziri Sergey Stanişevin noyabrın 11-12-də Azərbayca rəsmi səfəri öncəsi buraxılan əlavəsində Azərbaycan tarixi və həqiqətlərindən bəhs olunur.

Əlavənin üz qabığında hazırda erməni işğalı altında olan Azərbaycanın qədim Şuşa şəhərinin şəkli əks olunub. Jurnal Azərbaycanın mədəniyyəti və tarixi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin reallıqları, ölkə ərazilərinə erməni təcavüzü nəticəsində işğallar, iqtisadi və siyasi vəziyyət haqqında geniş təsəvvür yaradır.

Azərbaycanın eks - prezidenti Heydər Əliyevin həyat və faəliyyəti, dövlətçilik tarixi, ölkənin neft strategiyası, həmçinin, Azərbaycanın beynəlxalq arenadakı roluna ayrı-ayrı məqalələr həsr olunub.

Daha öncə də jurnalda Azərbaycanın Bolqarıstandakı səfiri Elman Zeynalovla müsahibə dərc olunmuşdu ki, burada da səfir bolqar cəmiyyətinə Azərbaycanın ictimai-siyasi həyatı, iqtisadiyyatı , turizm imkanları, ölkənin neft strategiyası, Ermənistan-Azərbaycan münaqişəsi və onun tənzimlənməsi prosesi barədə geniş məlumat vermişdi.

Xəbər lenti

Xəbər lenti