...

Naxçıvanda yalnız bu il istehsal olunan avtomobillərin taksi kimi fəaliyyətinə icazə verilir

Siyasət Materials 30 Oktyabr 2007 10:07 (UTC +04:00)

Azərbaycan, Naxçıvan/ Trend , müxbir E.Məmmədov/ Naxçıvan Muxtar Respublikasında yalnız 2007-ci ildə buraxılan avtomobillər taksi kimi fəaliyyət göstərə bilər. Trend in bölgə müxbiri Naxçıvanda taksi sürücüləri arasında apardığı araşdırmalarda bəlli olub ki, Muxtar Respublikanın Yol Polisinın çıxardığı qərara əsasən 2007-ci ildə istehsal olunan və "Mersedes-Benz" markalı avtomobillərin taksi kimi fəaliyyətinə icazə verilir.

Bu qərardan sonra Naxçıvanda taksilərin sayı kəskin sürətdə azalıb.

Naxçıvan MR ərazisi 5,5 min kvadrat kilometrdir. Ölkə ərazisinin 6,4%-ni təşkil edir. 7 inzibati rayona (Babək, Şərur, Ordubad, Sədərək, Şahbuz, Culfa və Kəngərli ) bölünüb. Əhalisi 380,2 min nəfər, paytaxtı Naxçıvan şəhəridir.

Xəbər lenti

Xəbər lenti