...

Milli Məclisin sədr müavini: "Orduda radlikal vəhabiliyin olması narahatlıq doğurur"

Siyasət Materials 30 Oktyabr 2007 11:12 (UTC +04:00)
Milli Məclisin sədr müavini: "Orduda radlikal vəhabiliyin olması narahatlıq doğurur"

Azərbaycan Trend müxbir İ.Əlizadə/ Azərbaycanın Milli Ordusunda radlikal vəhabiliyin olması narahatlıq doğurur, çərşənbə axşamı jurnalistlərə Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib. Onun fikrincə, vəhabilik və buna bənzər təriqətlər dini tolerantlığı sarsıtmaq gücünə malikdir.

"Cinayətin baş verməsinin qarşısının alınması onu göstərir ki, ölkədəki hadisələr nəzarətdədir ", Muradova əlavə edib.

Bir neçə gün öncə Bakıdan 380 kilometr qərbdə yerləşən Xanlar rayonundakı N saylı hərbi hissədə qulluq edən zabit Kamran Əsədov külli miqdarda silah-sursat götürərək qaçıb. Milli Təhlükəsizlik Nazirliyinin apardığı əməliyyat tədbirləri zamanı bəlli olub ki, Əsədov radikal vəhabi dini təriqətə qulluq edir və cinayət bir qrup şəxslə törədib.

Muradova deyib ki, orduda baş verən hadisə xarakterindən asılı olmayaraq terror hadisəsidir. Onun sözlərinə görə, Azərbaycanda dini tolerantlıq var. Amma bu o demək deyil ki, Azərbaycanda dini müstəvidə hər şeyi etmək olar.

"Cinayətə, insanlığa qarşı hərəkətlərə, insan həyatının məhvinə və terrora qarşı tolerant deyilik" parlament sədrinin müavini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti