...

Azərbaycan parlamenti ABŞ-la hərbi əməkdaşlığa dair sənədi təsdiqləyib

Siyasət Materials 6 Noyabr 2007 12:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclis Azərbaycan Silahlı Qüvvələri ilə ABŞ-ın Avropa Komandanlığı arasında hərbi əməkdaşlıq üzrə iş planını təsdiq edib. Bu barədə Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında qərar qəbul olunub.

Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri üzrə daimi komissiyasının sədr müavini, deputat Aydın Mirzəzadə bildirib ki, sənəd Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur : "İş planına əsasən, ABŞ Azərbaycan Silahlı Qüvvələrinin moderniləşdirilməsinə, müasir silahlarla təchiz edilməsinə, hərbi kadrların peşəkarlığının artırılmasına yardım göstərəcək. Hər iki ölkə NATO-nun sülh naminə tərafdaşlıq və fərdi əməkdaşlıq üzrə fəaliyyət planı çərçivəsində həyata keçirilən tədbirləri dəstəkləyir".

Xəbər lenti

Xəbər lenti