...

Bakıda yeni Toyota LAND CRIUSER 200 təqdim olundu

Siyasət Materials 17 Noyabr 2007 21:02 (UTC +04:00)
Bakıda yeni Toyota LAND CRIUSER 200 təqdim olundu

Azərbaycan, Bakı / Trend / Bu gün Bakıda yeni Toyota LAND CRIUSER 200 avtomobilinin təqdimatı keçirilib.

Toyota Center Baku-dan verilən məlumata görə, bu avtomobil səkkiz silindrli benzin yaxud da dizel mühərriki ilə təchiz olunur. Onu 4WD sistemi və etibarlı çərçivə tamamlayır. Bundan əlavə LC həmçinin yüksək intellekt deməkdir: yeni texnologiyalar arasında ABS sistemi var. Adi funksiyalara palçıq, qum və daş olan yollarda hərəkətin şərtlərini müəyyənləşdirən ABS sistemi əlavə olunur. Bu sistem həmçinin avtomatik olaraq optimal tormozlamanı təmin edir.

Yeni LC 200 eyni zamanda aşağı sürətdə asfalt örtüyü olmayan yollarda avtomobilin idarəedilməsi sisteminə malikdir. Gücün və intellektin birliyinin nəticəsi- LC 200-ün istənilən yollarda inanılmaz idarəetmə imkanına malik olmasıdır.

LAND CRIUSER 200 Benzin.

Mühərrik -4,7 L, benzin, 8 silindrli

Uzunluğü -4950mm, Enliliyi - 1970mm, Hündürlüyü 1950mm

Maksimal sürət - 200 km/s

Differensial - LSD

Klirens - 225mm

LAND CRIUSER 200 Dizel.

Mühərrik -4,5 L, benzin, 8 silindrli

Uzunluğü -4950mm, Enliliyi - 1970mm, Hündürlüyü 1950mm

Maksimal sürət - 210 km/ç

Differensial - LSD

Klirens 225mm.

Xəbər lenti

Xəbər lenti