...

Bu gün Azərbaycanın rəsmi şəxslərinin olduğu vertolyotun qəzaya uğramasının 16-cı ildönümüdür

Siyasət Materials 20 Noyabr 2007 01:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K.Zərbalıyeva/ Bu gün Xocavənd rayonunun Qarakənd kəndinin səmasında Azərbaycanın rəsmi şəxslərinin olduğu vertolyotun qəzaya uğramasının 16-cı ildönümüdür.

1991-ci il noyabrın 20-də Azərbaycanın vəzifəli şəxslərinin, Rusiya və Qazaxıstan hərbi müşahidəçilərinin olduğu Mİ-8 vertolyotunun Ermənistan Silahlı Qüvvələri tərəfindən vurulması nəticəsində, 22 nəfər faciəli şəkildə həlak olub.

Həlak olanlar arasında Azərbaycanın daxili işlər naziri Məhəmməd Əsədov, baş prokuror İsmət Qayıbov, Dövlət katibi Tofiq İsmayılov, onun köməkçisi Rafiq Məmmədov, SSRİ Ali Sovetinin deputatları Vəli Məmmədov, Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Cəfərov, jurnalist Alı Mustafayev, operator Fəxrəddin Şahbazov, işıqçı Arif Hüseynzadə və başqaları olub.

Faktla bağlı 21 noyabr 1991-ci ildə Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılıb və istintaqın davam etdirilməsi üçün Respublika Prokurorluğuna verilib.

Baş Prokurorluqdan Trend ə bildirilib ki, cinayət işi üzrə istintaq hazırda dayandırılıb. Səbəb-- hadisənin baş verdiyi ərazinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasıdır. Cinayəti törədən şəxsləri müəyyənləşdirmək mümkün olmayıb.

Xəbər lenti

Xəbər lenti