...

Rəsmi Bakı Kosovo probleminin beynəlxalq hüquq əsasında həlli mövqeyini dəstəkləyir

Siyasət Materials 10 Dekabr 2007 17:00 (UTC +04:00)
Rəsmi Bakı Kosovo probleminin beynəlxalq hüquq əsasında həlli mövqeyini dəstəkləyir

Azərbaycan, Bakı, Trend , müxbir S.Ağayeva/ Azərbaycan Kosovo probleminin beynəlxalq hüquq əsasında həllinə dair mövqeyi dəstəkləyir. Bu barədə jurnalistlərə bazar ertəsi Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim məlumat verib.

İbrahimin sözlərinə görə, rəsmi Bakı hesab edir ki, Kosovonun gələcək statusu Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün presedent ola bilməz. "Hər bir münaqişə unikaldır, xüsusi yanaşma tərzi və həll tələb edir. Dağlıq Qarabağ münaqişəsinin özünəməxsus xüsusiyyətləri var və başqa cür yanaşma tələb edir" - deyə İbrahim qeyd edib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

ATƏT-in Minsk qrupunun münaqişə tərəflərinə təqdim etdiyi 10 bənddən ibarət təkliflər paketi ilə bağlı, İbrahim bildirib ki, təkliflərin ictimaiyyətə açıqlanmayan hissəsi razılaşdırılmayıb. Tərəflərin bu hissəsi razılıq əldə edildikdə açıqlanacaq.

Azərbaycanın mövqeyi işğal olunmuş ərazilərin azad edilməsində, məcburi köçkünlərin öz yurdlarına qaytarılması, Dağlıq Qarabağın Azərbaycan və Ermənistan icmaları arasında əlaqələrin bərpasından ibarətdir.

Xəbər lenti

Xəbər lenti