...

Azərbaycan prezidenti Heydər Əliyevin məzarını ziyarət edib

Siyasət Materials 12 Dekabr 2007 11:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü eks-prezident Heydər Əliyevin vəfatının 4-cü ildönümü ilə əlaqədar Fəxri Xiyabanda onun məzarını ziyarət edib. Trend xəbər verir ki, prezident Əliyev ümummilli liderin məzarı önünə gül dəstəsi qoyub, ruhuna ehtiram nümayiş etdirib.

Dövlət başçısının ardınca Azərbaycanın hökumət nümayəndələri, nazirlər, millət vəkilləri və digər rəsmi şəxslər Heydər Əliyevin məzarını ziyarət edirlər.

Dövlət və hökumət nümayəndələrindən sonra Fəxri Xiyabanda Heydər Əliyevin məzarını vətəndaşlar, ictimaiyyət nümayəndələri ziyarət edəcəklər.

Xəbər lenti

Xəbər lenti