...

Azərbaycan prezidenti İtaliyaya dəvət olunub

Siyasət Materials 12 Dekabr 2007 16:38 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycan prezidenti İlham Əliyev İtaliyaya dəvət olunub.

İqtisadi inkişaf naziri Pyerluici Bersani çərşənbə günü İtaliya Nazirlər Şurasının sədri Romano Prodinin ölkəsinə səfər etməklə bağlı dəvətini dövlətimizin başçısına çatdırıb. Bersani bildirib ki, onun Azərbaycana hazırkı səfərində məqsəd iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsidir. Onun sözlərinə görə, İtaliya Azərbaycanın Avropaya inteqrasiya prosesinə öz töhfəsini verə bilər.

Azərbaycan prezidenti İlham Əliyev ölkələr arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini qeyd edib. Dövlət başçısı iki ölkə arasında iqtisadi münasibətlərin siyasi sahədə əldə olunan inkişaf səviyyəisnə çatacağına ümid etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti