...

Azərbaycan prezidenti Davos Ümumdünya İqtisadi Forumunda iştirak etməyi planlaşdırır

Siyasət Materials 30 Dekabr 2007 16:20 (UTC +04:00)
Azərbaycan prezidenti Davos Ümumdünya  İqtisadi Forumunda iştirak etməyi planlaşdırır

Azərbaycan, Bakə / Trend , müxbir S.Ağaeva / Azərbaycan prezidenti İlham Əliyev yanvarın 23 -27-də İsveçrənin kurort şəhərciyində keçiriləcək Davos Ümumdünya İqtisadi Forumunda iştirak edəcək.

"Hazırda diplomatik kanallar prezidentin gələcəyi dəqiq günü müəyyənləşdirir" - deyə Azərbaycanın İsveçrədəki səfiri Elçin Əmirbəyov Cenevrədən telefonla Trend ə verdiyi məlumatında bildirib.

Səfirlik dövlət başçısının İsveçrə prezidenti ilə görüşünü, eləcə də, forumun iştirakçısı olan nümayəndə heyətlərinin rəhbərləri ilə bir neçə ikitərəfli görüşlərini təşkil edilməsini planlaşdırır.

"Azərbaycan prezidenti Davos forumu çərçivəsində keçiriləcək energetika forumunda iştirak etməyə dəvət olunub" - səfir bildirib. Sammitdə dünyanın iri energetika şirkətlərinin rəhbərləri, Avropaya enerji resursları tədarük edən dövlətlərin başçılarının iştirak edəcəyi planlaşdırılır.

Ənənəvi olaraq, forumun 1971-ci ildə əsasının qoyulmasından sonra, neft və maliyyə nəhənglərindən tutmuş, beynəlxalq informasiya agentliklərinə qədər, hər il Davosa toplaşır. Təşkilatçıların məlumatına görə, 2008-ci ildə Davosa iri biznesin 800-ə yaxın nümayəndəsi toplaşacaq. Forumda iştirak edən nümayəndələrə Davos forumunun 1000 ən böyük tərəfdaş - müniəssisələrin top-menecerləri daxildir.

Xəbər lenti

Xəbər lenti