...

Misirdə Heydər Əliyevin abidəsinin açılış mərasimi keçiriləcək

Siyasət Materials 6 Fevral 2008 15:05 (UTC +04:00)
Misirdə Heydər Əliyevin abidəsinin açılış mərasimi keçiriləcək

Azərbaycan, Bakı, 06 fevral/ Trend , müxbir S.Ağayeva / Cümə axşamı Misirin Qahirə yaxınlığındakı Kalyubey şəhərində Azərbaycanın eks-prezidenti Heydər Əliyevin abidəsinin təntənəli açılış mərasimi keçiriləcək. Bu barədə çərşənbə günü Azərbaycanın Misirdəki səfiri Faiq Bağırov Qahirədən telefonla məlumat verib.

Azərbaycanlı heykəltəraşların müəllifi olduğu abidə Azərbaycan-Misir dostluğu parkında ucaldılıb. Səfir açılış mərasimində Misirin xarici əlaqələr naziri Faiza Əbül Naqinin, Abşeron rayonunun rəhbəri Zakir Fərəcovun, Kalyubey qubernatorunun, Misir ictimaiyyəti və Azərbaycan icması nümayəndələrinin iştirak edəcəyini bildirib.

Layihə Azərbaycanın Abşeron rayonu və Misirin Kalyubey quberniyasının administrasiyalarının əməkdaşlığı çərçivəsində həyata keçirilib. Ötən ilin yayında Azərbaycan prezidentinin Misirə səfəri zamanı Kalyubey və Abşeron rayonları arasında Anlaşma memorandumu imzalanıb. Razılaşmaya uyğun olaraq, Xırdalan və Kalyubey qardaşlaşmış şəhərlərdir.

Xırdalan parkının mərkəzində Azərbaycan-Misir dostluğu parkı salınıb. Parkın mərkəzində Misir prezidenti Hüsnü Mübarəkin abidəsi, həmçinin qədim Misiri abidələrinin surətləri ucaldılıb. Kalyubeyin qubernatoru 2007-ci ildə parkın rəsmi açılış mərasimində iştirak edib.

Abşeron rayon rəhbərliyi nümayəndə heyətinin səfəri çərçivəsində parlamentdə görüşlər keçirir, yeli administrasiyanın təcrübəsini öyrənir. Bundan əlavə, Azərbaycan nümayəndə heyətinin Misirin birinci xanımı Süzanna Mübarəklə görüşü planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti