...

Azərbaycan Ukrayna və Gürcüstanın NATO-ya daxil olmaları haqqında ərizələrinə Alyansın cavabını gözləyir – prezident aparatının şöbə müdiri

Siyasət Materials 12 Fevral 2008 16:00 (UTC +04:00)
Azərbaycan Ukrayna və Gürcüstanın NATO-ya daxil olmaları haqqında ərizələrinə Alyansın cavabını gözləyir – prezident aparatının şöbə müdiri

Azərbaycan, Bakı, 12 fevral / Trend , müxbir E.Hüseynov / Azərbaycanın NATO -da gələcəyi, Alyansın Gürcüstan və Ukraynanın təşkilata daxil olmaq haqqında ərizələrinə verəcəyi cavabdan asılıdır.

"Azərbaycan öz gələcəyini Avratlantik struktura inqerasiyasınla, Avratlantika ilə sıx əməkdaşlıqda görür", - Azərbaycan prezidenti İcra Aparatının Xarici Əlaqələr Şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə deyib.

Azərbaycan 1994-cü ildən "Sülh naminə tərəfdaşlıq" Proqramı çərçivəsində, NATO ilə fəal əməkdaşlıq edir, Avroatlantik Tərəfdaşlıq Şurasının üzvüdür. Lakin Rusiyanın mənfi yanaşması səbəbindən, Gürcüstan və Ukraynadan fərqli olaraq, Azərbaycan NATO-ya üzv olma niyyətini bildirməyib.

"Gəlin Ukraynanın və Gürcüstanın müraciətlərinə cavabı gözləyək, sonra isə öz fikrimizi bildirərik", - Məmmədov deyib.

Onun sözlərinə görə, bu məsələ apreldə Buxarestdə keçiriləcək NATO sammitinin müzakirə mövzularından biri olacaq. "Bu məsələləri izləyək və bundan sonra öz fikrimizi deyərik", - o əlavə edib.

Məmmədov deyib ki, Azərbaycan prezidentinin Buxarestdə keçiriləcək NATO sammitində iştirak etməsi hələ müəyyən edilməyib.

Bir müddət əvvəl NATO mətbuat katibi Simona de Manso Trend ə bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev aprelin 2-4 -də Buxarestdə keçəcək NATO sammitinə dəvətlidir.

Azərbaycan və NATO arasında əməkdaşlığın əsasları 1994-cü il mayın 4-də "Sülh naminə tərəfdaşlıq" çərçivə proqram-sənədinin imzalanması ilə qoyulub. Azərbaycan, bu Proqramın ilk iştirakçılarından olan ATƏT-in 27 üzv-ölkəsindən biri olub. 1996-cı ilin aprelidə "Sülh naminə tərəfdaşlıq" Proqramı çərçivəsində, qarşılıqlı əlaqələrin konkret istiqamətlərini müəyyən edən rəsmi sənəd imzalanıb. Hazırda bu proqrama əsasən, Azərbaycan, üzərinə qoyulan təxminən 50 tərəfdaşlıq vəzifəsini yerinə yetirir.

2005-ci ilin avqustunda Azərbaycan prezidenti "Azərbaycan Respublikasının NATO ilə fərdi tərəfdaşlığına dair iş Planının təsdiq olunması haqqında" fərman imzalayıb. Hazırda əməkdaşlıq iş Planının ikinci mərhələsi çərçivəsində həyata keçirilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti