...

Azərbaycanın milli təhlükəsizlik naziri BQXK Bakı nümayəndəliyinin rəhbərini qəbul edib

Siyasət Materials 13 Fevral 2008 18:38 (UTC +04:00)

Azərbaycan, Bakı,13 fevral / Trend , müxbir E.Hüseynli/ Azərbaycanın milli təhlükəsizlik naziri, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri general-leytenant Eldar Mahmudov Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Bakı nümayəndəliyinin rəhbəri Martin Amaşeri qəbul edib. Bu barədə çərşənbə günü Trend ə komissiyadan məlumat verilib.

Hazırda 4354 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatdadır. Ermənistan-Azərbaycan münaqişəsi ərzində 1393 nəfər erməni əsir-girovluğundan azad edilib.

Görüşdə Mahmudov deyib ki, son 3 ildə komissiyanın işçi qrupu tərəfindən aparılan axtarış tədbirləri nəticəsində, 684 nəfərin taleyinə aydınlıq gətirilib, bu müddətdə 15 azərbaycanlı əsir-girovluqdan azad edilib və müqabil tərəfə 14 erməni təhvil verilib.

Nazirin sözlərinə görə, "İtkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə çərçivə sazişi" layihəsi Dövlət Komissiyasında ətraflı təhlil olunaraq, yekun rəy və təkliflər BQXK-ya göndərilib.

Amaşer MTN-nin İstintaq təcridxanasının müasir tələblərə cavab verdiyini, burada işin müvafiq norma və standartlara cavab verdiyini qeyd edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti