...

Bakı Fond Birjasında Milli Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Siyasət Materials 26 Fevral 2008 20:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 fevral / Trend / Fevralın 27-də saat 11:00-dan 12:30-dək Bakı Fond Birjasında Milli Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək, - çərşənbə axşamı Birjanın yayılan məlumatında deyilir.

Notların dövlət qeydiyyat nömrəsi - 50100819S, emissiyanın ümumi həcmi 40 000 000 AZN təşkil edir, hərraca çıxarılan həcm - 35 000 000 AZN, bir notun nominal dəyəri - 200 AZN, notları tədavül müddəti - 28 gündür.

Hərrac zamanı, Notlar buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə, qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

Ödəmə tarixi - 27 mart.

Xəbər lenti

Xəbər lenti