...

Qaxda radikal vəhabiliklə məşğul olan qrup aşkarlanıb

Siyasət Materials 2 Aprel 2008 16:52 (UTC +04:00)

Azərbaycan, Şəki, 02 aprel / Trend , müxbir E.Quliyev/ Qax rayonunda radikal vəhabiliklə məşğul olan qrup aşkarlanıb. Bu barədə çərşənbə günü Trend -a Qax rayon Polis Şöbəsinin rəis müavini Məhəmməd Malıyev məlumat verib.

Qaxda qeyri-qanuni missionerlik fəaliyyəti ilə məşğul olan dəstənin zərərsizləşdirilməsi üçün əməliyyat keçirilir.

Malıyev deyib ki, keçirilən əməliyyat nəticəsində, əhali arasında qeyri-qanuni missionerlik fəaliyyəti ilə məşğul olan və yayılması qadağan olunan dini ədəbiyyatları yaymaqla məşğul olan dəstənin yeri müəyyənləşdirilib.

Rəis müavini əməliyyat sirri olduğundan, axtarış tədbirlərinin təfərrüatları barədə əlavə məlumat verməyib.

Qax paytaxt Bakıdan 432 kilometr şimal-qərbdə yerləşir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti