...

Azərbaycan Ermənistana görə Aİ ilə əməkdaşlığa dair QİƏT Bəyannaməsinə qeyd-şərtlə qoşulub

Siyasət Materials 10 Aprel 2008 13:00 (UTC +04:00)
Azərbaycan Ermənistana görə Aİ ilə əməkdaşlığa dair QİƏT Bəyannaməsinə qeyd-şərtlə qoşulub

Ukrayna, Kiyev, 10 aprel / " , müxbir Z.Novosvitski/ Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) və Avropa İttifaqına üzv ölkələr arasında energetika sahəsində əməkdaşlığa dair Bəyannaməyə qeyd-şərtlə qoşulub.

Sənəd çərşənbə günü Kiyevdə QİƏT-ə üzv ölkələrin energetika nazirlərinin görüşü və QİƏT-in energetika üzrə İsçi Qrupunun iclasının yekununda imzalanıb.

Azərbaycan QİƏT-ə üzv olan ölkə kimi dondurulmuş münaqişələrin regional əməkdaşlığa mənfi təsiri etdiyini və dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə müvafiq olaraq bu münaqişələrin tezliklə həll edilməsinin zəruri olduğunu bildirib.

"Azərbaycan Respublikası bəyan edir ki, bu Bəyannamənin müddəalarından heç biri Ermənistan Respublikasına münasibətdə Azərbaycan Respublikası tərəfindən qəbul edilməyəcək" - deyə Bəyannamənin mətnində bildirilir. Azərbaycan ərazilərinin hazırda Ermənistan tərəfindən işğal altında olduğunu nəzərə alır və buna görə də, Azərbaycan göstərilən ərazilər azad olmayana qədər heç bir sahədə Ermənistanla əməkdaşlıq etməyəcək.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Ukrayna energetika nazirinin müavini Serqey Pavluşa jurnalistlərə bildirib ki, Bəyannamə qanunvericiliyin uyğunlaşdırılması prosesini, eləcə də QİƏT və Aİ-yə üzv ölkələr arasında energetika sahəsində tənzimləyici bazaların uyğunlaşdırılmasını nəzərədə tutur. Tərəflər regionda enerji təhlükəsizliyinin təmin edilməsi üçün QİƏT-in məqsədlərinə qoşulmaya dair Aİ-yə təklif edilməsi barədə razılığa gəliblər.

Sənəddə həmçinin energetika sahəsində QİƏT və Aİ-nin regional təşəbbüslərinin reallaşdırılmasında sinenegetik effektin yüksəldilməsi məqsədi ilə Avropa Komissiyası ilə praktiki və məqsədyönlü əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur. Sənəddə QİƏT-in vahid regionla enerji strategiyasının hazırlanma mümkünlüyü də qeyd olunub.

QİƏT-ə Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukrayna daxildir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : trend

Xəbər lenti

Xəbər lenti