Azərbaycan, Bakı, 07 may / Trend , müxbir E.Babayev / Azərbaycanın Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev çərşənbə günü müdafiə nazirinin Azərbaycan prezidenti postuna İlham Əliyevin namizədliyini irəli sürməsinə dair bəyanatını şərh edərkən bildirib ki, ordu siyasətə qarışmamalıdır.
"Azərbaycan Konstitusiyasında aşkar şəkildə göstərilib ki, hərbi qüvvələr siyasətə qarışmamalıdır", - deyə Mehdiyev bildirib.
Azərbaycanın müdafiə naziri Səfər Əbiyev bazar ertəsi, 2008-ci ilin oktyabr ayında Azərbaycanda keçiriləcək prezident seçkisində İlham Əliyevin namizədliyini irəli sürdüyünü bildirib.
İlham Əliyev 2003-cü ildə prezident seçilib. 2005-ci ildə o, hakim Yeni Azərbaycan Partiyasına rəhbərlik edib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : trend