Azərbaycan, Bakı, 08 may / " müxbir E.Hüseynov/ Amerikanın "Beynəlxalq Siyasətin Qiymətləndirilməsi Proqramı" (Program on International Policy Attitudes) təşkilatının məlumatına görə, İnternet azadlığına və senzuranın olmamasına tərəfdar olanların əksəriyyəti Azərbaycanda yaşayır. Planet əhalisinin təxminən 59 faizinin yaşadığı dünyanın 20 ölkəsində sorğu aparan təşkilatın məlumatına əsasən, Azərbaycanda internet azadlığı ilə bağlı sorğuya cəlb olunanların 79 faizi onun lehinə çıxış edib. Bu göstərici ABŞ-da 74 faiz, Nigeriyada 725 faiz , Çində 71 faiz, Cənubi Koreyada 69 faiz, Rusiyada 57 faiz, Ukraynada isə 64 faiz təşkil edib.
Sorğu göstərib ki, respondentlərin əksəriyyəti hesab edir ki, onların ölkələrində KİV maksimum azadlığa malik olmalıdır. Hər üç respondentdən ikisi hesab edir ki, internetdə senzura olmamalıdır, hər bir kəs lazım bildiyi informasiyanı və istədiyi mövqeyi açıqlamaq hüququna malikdir. İstisna olaraq, Rusiya və bir sıra müsəlman ölkələrində əksəriyyət düşünür ki, jurnalistlər tərəfindən stabilliyi pozan informasiyalar açıqlandığı təqdirdə, hakimiyyət dairələri xəbərlərə senzura qoymaq iqtidarında olmalıdır.
İordaniyada hakimiyyətin Dünya Şəbəkəsində informasiya axınını nizamlamaq hüququna malik olmasından razı olanların maksimum sayı (63%) qeydə alınıb. İran, Fələstin və Fransada da bu fikirdə olanların sayı ( 44%) kifayət qədərdir.
Rəyi soruşulanların 53 faizi hesab edir ki, KİV dövlət nəzarəti altında olmadan sərbəst şəkildə xəbər və ideya yaymaq hüququna malik olmalıdır. Bu prinsip Meksika (79% rəy), Argentina (70%), Böyük Britaniya, Peru ( 65%), Misir və Cənubi Koreya (64%) sakinlərinə daha yaxındır. Çində respondentlərin 58 faizi, ABŞ-da 56 faizi, Azərbaycanda 53 faizi, Ukraynada 39 faizi, İranda 29 faizi, Rusiyada isə yalnız 23 faizi bu yanaşmanı düzgün hesab edir.
66 faiz iordaniyalı, 59 faiz fələstinli, 56 faiz indoneziyalı, 52 faiz misirli və 44 faiz rusiyalı hesab edir ki, ölkədə hakimiyyət cəmiyyətdə stabilliyə təhlükə yarada biləcək hər hansı bir informasiyanın nəşr olunmasına yol verməmək hüququna malik olmalıdır. Bu beş ölkədə analiji düşünənlərin tərəfdarları çoxdur. Ukraynada bu fikri 31 faiz, Azərbaycanda 34 faiz, ABŞ-da 27 faiz müdafiə edib. Polşalılar (13%), perulular (12%) və meksikalılar (72%) KİV üzərində dövlət nəzarətində daha az maraqlıdırlar.
Proqramın (MerilendaUniversitetinin nəzdində fəaliyyət göstərir) apardığı sorğuya əsasən, Böyük Britaniya (71% britaniyalı hesab edir ki, mətbuat maksimum azad olmalıdır), ABŞ (66%), Fransa (50%) və Türkiyədə (41%) KİV azaddır.
"Washington ProFile" ın məlumatına görə, analoji mövqe Rusiyada 25 faiz, Ukraynada 18 faiz, Azərbaycanda 14 faiz təşkil edir. Müqayisə üçün britaniyalı və amerikalıların 1 faizi, fransızların 3 faizi, türklərin 7 faizi, rusiyalı və ukraynalıların 4 faizi və nəhayət, azərbaycanlıların 14 faizi hesab edir ki, onların ölkəsində mətbuat azadlığı yoxdur.