...

Ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanin xatirə lövhələrinin açılışı olub

Siyasət Materials 10 May 2008 15:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 may / News / Azərbaycan prezidenti İlham Əliyev və xanımı, ailə üzvləri mayın 10 - da Bakının Zərifə Əliyeva küçəsində, ümummilli lider Heydər Əliyevin və ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vaxtilə yaşadıqları 22 saylı binada xatirə lövhələrinin açılış mərasimində iştirak edib.

Dövlət başçısı xatirə lövhələrinin üzərindən ağ örtüyü götürüb, önünə gül dəstələri qoyub. Xatirə lövhələrində "Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycan dövlətçiliyinin banisi, Azərbaycan Respublikasının Prezidenti Heydər Əlirza oğlu Əliyev 1962-1982-ci illərdə bu evdə yaşamışdır" və "Azərbaycanın görkəmli ictimai xadimi, akademik Zərifə Əziz qızı Əliyeva 1962-1982-ci illərdə bu evdə yaşamışdır" sözləri yazılıb.

Prezident İlham Əliyev xatirə lövhələrinin müəllifi, xalq rəssamı, akademik Ömər Eldarova təşəkkürünü bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti