Azərbaycan, Bakı , 15 may / Trend / Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cümə axşamı İsrailin kənd təsərrüfatı və kənd rayonlarının inkişafı naziri Şalom Simhonu qəbul edib. Görüşdə Azərbaycanla İsrail arasında iqtisadi sahədə, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlığın mümkün perspektivləri barədə fikir mübadiləsi aparılıb.