Azərbaycan, Bakı, 23 may/ Trend / Azərbaycan prezidenti Ilham Əliyev mayın 23-də Kiyevdə, "Qorodetski Evi"ndə ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə xüsusi nümayəndəsi Boyden Qreyi və ABŞ Dövlət katibinin müşaviri Mətyu Brayzəni qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələrdə ikitərəfli münasibətlərə, o cümlədən enerji sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.