...

FƏTH və HƏMAS-ın barışığı Fələstin-İsrail dialoqunu ləngidəcək - ekspertlər

Siyasət Materials 13 İyun 2008 20:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyun / Trend , müxbir U.Sadıqova, R.Abdullayev, R.Hafizoğlu / Ekspertlər hesab edirlər ki, Qüds İsrail və Fələstin dialoquna zərər verə biləcək FƏTH və Həmas arasında sülh müqaviləsinin bağlanmasından ehtiyat edir. Onlar bunu, vahid fələstin hökumətinin yaranmasının Fələstində Həmasın mövqelərinin güclənməsi ilə əlaqələndirirlər.

Tel-Əvivdə Bar-İlan Universiteti nəzdində BeqinSadat strateji tədqiqatlar mərkəzinin eksperti Mordex ay Kedar hesab edir ki, Abbas, məhz İsraillə sülh danışıqları dayandırıldığı anda müzakirələrə çağırıb.

"ABŞ İsraildən ölkənin təhlükəsizliyini zəiflədən addımların atılmasını heç vaxt tələb etməyəcək. Bundan əlavə, Birləşmiş Ştatlar ilin sonuna razılaşma əldə etməyə cəhd göstərir, çünki yanvarda Buşun prezidentlik müddəti bitir", - deyə Kedar cümə günü Trend -a bildirib.

ABŞ-ın Dövlət Katibi Kondoliza Rays Fələstin administrasiyasının rəhbəri Mahmud Abbasın FƏTH və HƏMAS arasında danışıqların bərpa olunmasına dair bəyanatından narahatlığını bildirib. Başlıca səbəb FƏTH-in ABŞ və İsrail münasibətlərinin çətinləşməsinə gətirib çıxaracağından ibarətdir. "Aljazeera" telekanalının məlumatına əsasən, gələn həftədən etibarən, ABŞ Dövlət Katibinin Yaxın Şərqə səfəri başlayacaq.

Kedarın rəyinə görə, HƏMAS-ın terrorçu təşkilat olduğuna dair Amerika və İsrailin mövqeləri tamamilə üst-üstə düşür.

"Beynəlxalq ictimayyətin üç şərti - İsrailin mövcudluq hüquqlarının tanınması, zorakılıqdan imtina, həmçinin, əvvəllər əldə edilmiş Fələstin-İsrail sazişləri kompleksinə riayət olunması - yerinə yetirilməzsə, ABŞ və İsrail islamçılarla əməkdaşlıq etməyəcək", - deyə Kedar hesab edir.

Politoluqun fikrincə, Abbas FƏTH-nin "dünyəvi milliyətçilərindən" fərqli olaraq, HƏMAS-ın radikal islamçıları İsrail ilə ərazi güzəşt ideyasını və sülh tənzimlənməsini tanımayacaqlar.

O, hesab edir ki, Qəzənin Baş naziri üçün İsrail ilə dialoq HƏMAS-ın özünü saldığı dalandan yeganə çıxış yoludur.

"Fələstin Muxtariyyətində son parlament seçkiləri zamanı Hərəkət terrorçuluqdan parlament müstəvisində mübarizəyə keçib. Məlub olub ki, o, qəbul olunmuş ümumi qaydalar üzrə oynaya bilmir", - deyə Kedar bildirib.

Israil ekspertinin xülasəsinə əsasən, əvvəllər düşmənçilik edən iki Fələstin tərəfinin sülh danışıqları, 2008-ci ilin sonlarında İsrail və Fələstin arasında nəzərdə tutulmuş sülh müqaviləsinin bağlanmasını ləngidir.

Müstəqil ərəb politoloqu Mahmud Kouşun fikrinə görə, ABŞ-ın dəstəyinə arxalanan İsrail bu dialoqa mane ola bilməyəcək.

"Vaşinqton nə İsrail, nə də fələstinlilərin fikrinə təsir göstərmək vəziyyətində deyil", - deyə Kouş cümə günü Trend -a telefonla Almaniyadan bildirib. Ekspertin rəyinə əsasən, fələstinlərin dialoqa getməkdən başqa seçimləri yoxdur.

"ABŞ hökuməti bu dialoqun həyata keçməməsi üçün bütün səylərdən istifadə edir, lakin Abbas danışıqların mümkün qədər qısa müddət ərzində keçiriləcəyinə əmindir",- deyə Kouş hesab edir.

Ekspertin fikrinə əsasən, qan tökülməsinin qarşısını almaq üçün dialoq zəruridir.

"İsrail Fələstin hökuməti üçün HƏMAS ilə dialoqa getməkdən başqa bir yol qoymayıb" - deyə Kouş ehtimal edir.

Qəzzə İslam Universitetinin dekanı İsam Məhəmməd hesab edir ki, Fələstin qüvvələrinin birləşməsi İsrail və onun müttəfiqi ABŞ-ın maraqlarına ziyan vuracaq.

"Prezident Abbas və HƏMAS arasındakı milli vahidliyə dair danışıqlar Fələstin xalqının rifahı üçün mühim addımdır, bu da, öz növbəsində, Fələstində uzunmüddətli sülhü təmin edəcək", - deyə Məhəmməd cümə axşamı Qəzzədən telefonla Trend -a bildirib.

"Tərəflər xarici siyasətçilərin siyasi oyunlarında iştirak etməyəcək, lakin Fələstin xalqının həyatının yaxşılaşdırması üçün bütün vəsaitlərdən istifadə edəcəklər", - deyə ekspert əlavə edib.

Məhəmmədin fikrinə görə, sülhun uzunmüddətli olması Fələstin tərəfindən asılıdır.

İslam Müqavimət Hərəkət Təşkilatı HƏMAS 1987-ci il dekabrın 14-də şeyx Əhməd Yasin tərəfindən işğal olunmuş Fələstin torpaqlarının azad etmək üçün Qəzzə şəhərində təsis olunub. 2006-cı ildə parlament seçkilərində qələbədən sonra FƏTH ilə münasibətlər kəskin şəkildə korlanıb. Hazırda Qəzzə zolağı tamamilə HƏMAS-ın nəzarəti altındadır.

FƏTH hərəkəti 1956-cı ildə təsis olunub. Hərəkətın tarixi lideri - Yasir Ərəfatdır (Əbu Ammar), bu gün isə hərəkatə Məhmud Abbas başçılıq edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti