Azərbaycan, Bakı,18 iyun / Trend / Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Polşa Senatının sədri Boqdan Boruseviçin başçılığı ilə nümayəndə heyətini qəbul edib. Dövlətimizin başçısı ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bildirib. Ölkələrimiz arasında münasibətlərin durmadan inkişaf etdiyini vurğulayan Boruseviç, Azərbaycan Prezidentinin Polşaya uğurlu səfərinin ikitərəfli əlaqələrimizin gələcəkdə daha da genişlənməsi üçün yaxşı əsas yaratdığını deyib.