Cultur'e Trend saytında, "Klassik musiqi - köhnəlmiş plast və ya innovasiya üçün yeni bəhanə?" - yeni silsilə mövzusu açılıb.
Məqalənin müəllifi - musiqişünas, Bakı Musiqi Akademiyasının dosenti Leyla Abdullayeva: klassik musiqinin müasir dünyada rolu və anlayışına dair.
"Gəlin ilk əvvəl "klassik musiqi" anlayışını müəyyənləşdirək. Razılaşın ki, "klassik musiqi" anlayışı istifadə olunması tutumluluğu və tezliyinə görə "klassik rəssamlıq" və ya "klassik ədəbiyyatı" anlayışlarını ötür. Bəli, bütün hallarda "klassik" anlayışının tərifi zamanla təsdiq edilmiş nümunəyə işarə edir. Bəli, bütün hallarda əbədi və müasir arasında körpü nəzərdə tutulur. Burada birinci ikinciyə nisbətən müxtəlif yeni mənalar qazanır. Lakin! Yalnız musiqidə (ola bilsin ki, teatrda da) bu mənaların bələdçisi kimi ifaçının fiquru çıxış edir. Belə ki "klassik musiqinin" metaforik mənası musiqi əsərinin müxtəlif konkret təsvirlərinin aprior əlaqəsi ilə müəyyənləşir. Beləliklə, "Uşaqlar, Bax, Motsart və ya Şopeni ifa edə bilirsinizmi" sualı cəmiyyətdə klassik musiqinin hansı yeri tutmasına yönəlir. Yenə də təqdim olunmuş mövzunun polemika doğurmasını nəzərə alaraq bu sualı başqa formada qoymaq olar: "İfaçılıq sənətinin dərəcəsi və cəmiyyətin vəziyyəti arasında ümumiyyətlə əlaqə varmı və bu insan əhval-ruhiyyəsinin barometri ola bilərmi?". Axı, ifaçının başlıca təyinatı -əbədiyyət (bəstəkar mətnləri) və müasirlik (auditoriyanın dinləyici simasında) arasında bələdçi olmaqdırsa, bu sahədə uğur və ya uğursuzluq birinin hər hansı bir ideyanı çatdırmaq, digərinin isə sözügüdən ideyaları qəbul etmək qabiliyyətini əks etdirmirmi?"
Məqalə ilə tam tanış olmaq və öz şərhinizi təqdim etmək üçün Cultur'e Trend ( http://culture.trend.az ) saytına müraciət edə bilərsiniz.