...

Azərbaycann AŞPA - dakı nümayəndə heyətinin hazırladığı sənəd qurumda müsbət dəyərləndirilib

Siyasət Materials 24 İyun 2008 18:28 (UTC +04:00)
Azərbaycann  AŞPA - dakı nümayəndə heyətinin hazırladığı sənəd qurumda müsbət dəyərləndirilib

Azərbaycan, Bakı, 24 iyun / Trend , müxbir M. Əliyev /Azərbaycann Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti üzvünün hazırladığı sənədi qurumda 30-a yaxın nümayəndə imzalayıb. Bu barədə çərşənbə axşamı Trend -a sənədin müəllifi Qənirə Paşayeva məlumat verib.

Trend -un arayışı: Çərşənbə axşamı Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın hazırladığı "Mədəniyyətlərarası və sivilizasiyalararası dialoqda qadınların rolunun artırılmasına dair" sənəd AŞPA-da müsbət dəyərləndirilib.

Paşayeva deyib ki, çərşənbə axşamı APŞA-nın plenar iclasında "Çoxmədəniyyətli və müasir cəmiyyətdə qadınların müstəqilliyinin gücləndirilməsi" mövzusunda müzakirələr zamanı sənədi imzalayan Böyük Britaniyadan olan parlamentar Humfrey Malins Azərbaycanin bu yöndə gördüyü işləri örnək göstərərək, Azərbaycanın mədəniyyətlərarası və sivilizasiyalararası dialoqda çox böyük rol oynadığını bildirib.

"Mədəniyyətlərarası dialoqda qadınların rolunun möhkəmləndirilməsi" adlı beynəlxalq forum iyunun 10 - da Bakıda keçirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti