...

AŞPA sədrinin Azərbaycana səfər proqramı açıqlanıb

Siyasət Materials 30 İyun 2008 11:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyun / Trend , müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Luis Maria de Puç bazar ertəsi Azərbaycana dörd günlük rəsmi səfərə gələcək. Bu barədə bazar ertəsi Trend -a Azərbaycan parlamentinin mətbuat xidmətindən məlumat verilib.

AŞPA sədri səfər çərçivəsində Fəxri Xiyabanda ümimmilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcək, parlamentin sədri Oqtay Əsədov, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri, parlamentdə təmsil olunan siyasi partiyaların təmsilçiləri, Baş nazir Artur Rəsizadə, xarici işlər naziri Elmar Məmmədyarov, siyasi partiyaların rəhbərləri, qeyri-hökumət təşkilatları və mətbuat nümayəndələri ilə görüşəcək. AŞPA sədri prezident İlham Əliyevin qəbulunda da olacaq.

Puç səfər çərçivəsində Avropa Şurası ilə Azərbaycan arasında əlaqələrin hazırkı vəziyyəti və gələcəkdə daha da inkişaf etdirilməsi, Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi vəziyyəti, prezident seçkiləri, mətbuatın durumu ilə bağlı müzakirələr aparacaq.

Səfər iyulun 4-də başa çatacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti