...

Azərbaycan muğamı Amerika tamaşaçısına təqdim olunub

Siyasət Materials 30 İyun 2008 12:02 (UTC +04:00)
Azərbaycan muğamı Amerika tamaşaçısına təqdim olunub

Azərbaycan, Bakı, 28 iyun / Trend , müxbir S.Ağayeva/ Azərbaycan muğamı Amerika tamaşaçısına təqdim olunub.

Los-Anceles və Ohayo şəhərlərində təşkil olunan Azərbaycan milli musiqisi konserti sayəsində Amerika tamaşaçısı Azərbaycan muğamı ilə tanış olub.

Azərbaycanın Los-Ancelesdəki konsulu Ellin Süleymanovun "Ojat post" qəzetində dərc olunan " Ohayo şəhərinin Azərbaycan muğamı ilə tanışlığı"  sərlövhəli məqaləsində bildirilir ki, Ohayo sakinlərinin musiqiyə, incəsənətə marağı böyükdür, xüsusilə də, ruhani üslubunda olan musiqiyə. Muğam da musiqinin bu janrına aiddir və Ohayoda yaxşı qəbul olunub.

Konsert ABŞ -da Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi münasibətilə təşkil olunub.

Muğam YUNESCO tərəfindən "Bəşəriyyətin şifahi və sezilməyən mədəni irsi" kimi tanınıb. Məqalədə, həmçinin, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın YUNESCO -nun Xoşməramlı səfiri olduğu, bu adın şifahi və musiqi ənənələrinin təşviqi sahəsində xidmətlərinə görə verildiyi qeyd olunur.

Məqalədə deyilir ki, muğamla yanaşı, Ohayo konsertində digər elementlər, xüsusilə də xalq rəqsi nümayiş olunub. Hətta rəqqaslardan biri odlu bıçaqlarla rəqs edib. Rəqqas sanki bu üslubla Azərbaycanın qədim odlar yurdu olmasına işarə etmək istəyib.

Məqalədə daha sonra Azərbayc anın - müsəlman dünyasında ilk demokratik respublikanın - Parlamentinin 90 illik yubileyinin qeyd olunduğundan danışılırvə vurğulanır ki, , Azərbaycanda 1918-ci ildə, ABŞ-dan da əvvəl, qadınlara seçki hüququnun verilib. Yazıda , həmçinin, Azərbaycanın sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşdiyi, onun tolerant və çoxmillətli cəmiyyət olduğu və bu səbəbdən, böyük və zəngin mədəniyyətə malik olduğu vurğulanıb. 

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti