...

Azərbaycanın cənub bölgəsində qanunsuz dövriyyədən külli miqdarda narkotik maddə çıxarılıb

Siyasət Materials 7 İyul 2008 15:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 iyul / Trend , müxbir K.Zərbalıyeva / Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən cənub bölgəsində avtomobildə 70 kiloqram narkotik maddə aşkarlanıb.

DİN-in mətbuat xidmətindən Trend -a bazar ertəsi bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Biləsuvar RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Biləsuvar rayonu ərazisində, Aşağı Cürəli kənd sakini Əli Məmmədovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşına baxış zamanı 70 kiloqram həşiş aşkar edilərək götürülüb.

Məmmədov və onun sərnişini, həmkəndlisi Afət Şirinov saxlanılıblar. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

MDB Statistika Komitəsinin məlumatına görə, ötən ilin ilk altı ayı ilə müqayisədə bu il narkomaniya ilə bağlı cinayətlərin sayı Azərbaycanda 12%, Belarus və Ukraynada 6%, Rusiyada 3%, Tacikistanda isə 2% artıb. Ermənistanda isə belə cinayətlərin sayı əksinə, azalıb - 49% olub.

Bu ilin 5 ayı ərzində Azərbaycanda hüquq mühafizə orqanları 550 kiloqramdan çox narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıblar. Bunun 397 kiloqramı həşiş, 94 kiloqramı tiryək, 36 kiloqramı marixuana, 23 kiloqramı isə heraindir. Ancaq beynəlxalq narkotiklərin tranzitinə çevrilən bir ölkədə dövryyədə məhz bu qədər mal olduğu çoxlarında şübhə doğurur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti