...

Azərbaycan gənclərinin 84 faizi prezident seçkisində iştirak etmək niyyətindədir - sorğu

Siyasət Materials 25 İyul 2008 12:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyul/ Tr , müxbir E.Babayev/ Azərbaycan gənclərinin 84 faizi qarşıdan gələn prezident seçkisində iştirak etmək niyyətindədir. Trend -un məlumatına görə, bu, "Els" Müstəqil Araşdırmalar Mərkəzinin keçirdiyi sorğu nəticəsində məlum olub.

Sorğu 2007 və 2008-ci illərdə Bakı və Sumqayıt şəhərlərinin 11 ali məktəbində keçirilib. Sorğu zamanı 2200-ə yaxın respondentin rəyi öyrənilib. Azərbaycanda prezident seçkilərinin bu ilin oktyabrında keçirilməsi nəzərdə tutulur.

"Els" Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova cümə günü keçirdiyi brifinqdə bildirib ki, rəyi soruşulanların 62,3 faizi seçkidə dəqiq iştirak edəcəklərini bildiriblər. 21,7 faiz isə iştiraklarını istisna etməyiblər. Bu isə o deməkdir ki, gənclərin 84 faizi seçkidə iştirak etmək niyyətindədir. Rəyi soruşulanların cəmi 5 faizi seçkidə iştirak etməyəcəyini deyib. 11 faiz isə hələ bu haqda fikirləşmədiyini qeyd edib.

Sorğu zamanı gənclər arasında internetdən istifadə edənlərin sayının artdığı da aşkar olunub. Belə ki, son yarım ildə internetdən istifadə edənlərin sayı 15,5 faiz artıb. Gənclər internetdən müxtəlif məqsədlər üçün istifadə etdiklərini bildiriblər: əyləncə (41, 7 faiz), maraqlı məlumatlar (37,7 faiz), xəbərlər (35,5 faiz), tanış olmaq üçün (24, 5 faiz), tədris üçün (22,3 faiz), SMS göndərmək üçün (31,4 faiz) və s. Ölkənin ictimai-siyasi həyatı ilə bağlı məlumatları isə rəyi soruşulanların 56 faizi televiziya, 22,2 faizi isə İnternet vasitəsilə əldə etdiyini qeyd edib. Sorğu nəticəsində mobil telefondan internetə daxil olub məlumat alanların sayının da artdığı üzə çıxıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti