...

Ərdoğan Putin və Medvedyevlə danışıqlar aparıb

Siyasət Materials 14 Avqust 2008 14:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 avqust / Trend , müxbir S.İlhamqızı/ Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün Moskvada Rusiya prezidenti Dmitri Medvedyev və Baş naziri Vladimir Putinlə Gürcüstanda baş verən hadisələri müzakirə edib. Bu barədə Türkiyənin Anadolu Xəbər Agentliyi məlumat yayıb.

"Bundan sonra sülhə təhlükə yaradacaq addımlar atılmazsa, yəqin ki, bu münaqişə artıq bitər", - deyə Ərdoğan KİV-lərə açıqlamasında bildirib.

Ərdoğan Türkiyənin xarici işlər naziri Əli Babacanla birgə Moskvadan Tbilisiyə yola düşüb və Gürcüstan prezidenti Mixail Saakaşvili ilə də bu mövzuda müzakirələr aparacaq.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti