...

Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıdı

Siyasət Materials 26 Avqust 2008 16:44 (UTC +04:00)
Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıdı

Azərbaycan, Bakı, 26 avqust / Trend , müxbir A.Qasımova/ Rusiya Federasiyasının (RF) prezidenti Dmitri Medvedyev Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin tanınması ilə bağlı fərmanları imzalayıb.

"Mən osetin və abxazların azad iradəsini nəzərə alaraq, Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin tanınmasına dair fərmanları imzaladım". "Vesti" telekanalının verdiyi xəbərə görə, bu barədə çərşənbə axşamı RF- nin prezidenti bildirib.

"Bizim ölkəmiz vasitəçi və sülhməramlı olub, bununla yanaşı, biz Gürcüstanın ərazi bütövlüyünün tanınması mövqeyindən çıxış etmişik", - deyə Rusiyanın dövlət rəhbəri bildirib.

RF -nın Federasiya Şurası və Dövlət Duması avqustun 25 - də Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin tanınması məsələsi üzrə RF prezidentinə müraciəti yekdilliklə dəstəkləyib.

Xəbər lenti

Xəbər lenti