...

Azərbaycan Prezidenti sosial müavinətlərin məbləğinin artırılması haqqında fərman imzalayıb

Siyasət Materials 27 Avqust 2008 20:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 avqust / Trend /Prezident İlham Əliyev çərşənbə günü aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə
sosial müavinətlərin məbləğinin artırılması haqqında fərman imzalayıb. Fərmana əsasən, aylıq müavinətlər, yaşa görə müavinət, "ümumi xəstəlik", "hərbi xidmət dövründə xəstələnmə", "əmək zədəsi və peşə xəstəliyi", "hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar", "Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar" səbəbindən baş verən əlilliyə görə müavinətlər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət, ailə başçısını itirməyə görə, eləcə də birdəfəlik müavinətlərin məbləği də artırılıb.

Sentyabrın 1-dən qüvvəyə minəcək bu fərmandan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə həvalə olunub.

Xəbər lenti

Xəbər lenti