...

Sentyabrın 1-dən "İmedi"nin efirində "Xronika" informasiya proqramı yayımlanacaq

Siyasət Materials 29 Avqust 2008 19:21 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 29 avqust / Trend , müxbir N.Kirtsxaliya/ Cari ilin sentyabr ayının 1-dən "İmedi" teleşirkətinin yayım şəbəkəsi yenilənəcək. Uzun fasilədən sonra yenidən "Xronika" informasiya proqramı yayımlanmağa başlayacaq. Bu barədə telekanalın informasiya xidmətinin rəhbəri Manana Mancqaladze bildirib.

"Xronika" 2007-ci il noyabr hadisələrindən sonra yayımını dayandırıb. Dekabr ayında yayım bərpa olunsa da, yanvarda proqram müəlliflərinin təşəbbüsü ilə "Xronika" yenidən bağlanıb.

İnformasiya proqramından əlavə, "İmedis dila" (Səhər proqramı), "Vaş vraç", "İmedis stavka" (teletotalizator), "Detskaya peredaça", "Rao, rao", "Nadejnoe avto", "Art-bulvar", "İmedita şenita" verilişləri efirə çıxacaq

Digər yeni layihələr də gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti