Rusiya ordusu Gürcüstan müharibəsində: Azərbaycan üçün dərslər - The Heritage Foundation-nin Baş elmi əməkdaşı

Rusiya ordusu Gürcüstan müharibəsində: Azərbaycan üçün dərslər - The Heritage Foundation-nin Baş elmi əməkdaşı

Azərbaycan, Bakı, 07 avqust/ Trend / The Heritage Foundation-in (ABŞ) Baş elmi əməkdaşlı, politoloq Ariel Koen, xüsusi olaraq Trend üçün

Azərbaycan Gürcüstanın digər qonşuları ilə birgə Rusiyanın "Təmiz düzənlik" əməliyyatından diqqətlə ibrət götürür. Bu əməliyyat gürcü ordusunu separatçı Cənubi Osetiyadan çıxardı və sonra Rusiya hərbçilərinə Gürcüstana doğru irəliləmək imkanı verdi.

Gürcüstan müharibəsinin əsas dərsi belədir ki, XXI əsrdə müharibə, hərbi işlərdə inqilab nəzəriyyəçiləri və antiüsyan tərəfdarlarının inandırmağa çalışdıqlarından az dəyişikliyə uğrayıb və XIX əsrin Karl Klauzeviç kimi müharibə nəzəriyyəçilərinin iddia etdikləri cəldlik, sürət, ağırlıq mərkəzi və müharibə dumanı prinsipləri indi də işləyir.

Gərginlikdən hücumadək

Cənubi Osetiya ərazisindən gürcü kəndləri və postlarının həftələrlə minaatanlardan atəşə tutulması və hücumlara məruz qalmasından sonra, avqustun 7- də gürcü artilleriyası Cənubi Osetiyanın paytaxtı Tsxinvalidəki üsyançı mövqelərə qarşı çəpərləmə atəşinə başladı.

Avqustun 8 - də Gürcüstan prezidenti Mixail Saakaşvili Cənubi Osetiya tərəfdən atəşi dayandırmaq və üsyançıların paytaxtı üzərində Tbilisinin nəzarətini bərpa etmək üçün qoşunlarını Tsxinvaliyə göndərdi. Lakin həmin gün RF-nin iri mexanikləşdirilmiş qüvvələri Roksk tuneli vasitəsilə Rusiyadan Cənubi Osetiyaya daxil oldu. Gürcü prezidentinin əməliyyatında iştirak edən 1200 tank və zirehli texnikaya qarşı "Təmiz düzənlik"də iştirak edən Rusiya qoşunlarının sayı 25 000 minə çatırdı.

Rusiyanın quru qoşunları Cənubi Osetiyadan Gürcüstan ərazisinə daxil oldular, avqustun 13 - də isə, Cənubi Osetiyadan cənubda yerləşən və Gürcüstanın bütün əsas mərkəzi magistralları və dəmir yol xətlərini özündə birləşdirən, strateji baxımdan əhəmiyyətli Qori şəhərini tutdular. Tezliklə Gürcüstanın digər üsyançı regionu - Abxaziya da münaqişəyə cəlb edildi. Orada Rusiya qoşunları qeyri-nizami abxaz ordusunun yardımı ilə cənuba doğru irəliləməyə başladılar.

Rusiya qoşunları Gürcüstanın qərbində Senaki şəhərini tutaraq, iki çox mühüm kommunikasiya xətti üzərində nəzarəti genişləndirdilər, tank və artilleriyanı şosse boyunca Qoridən Tbilisiyə dorğu irəlilədərək, avqustun 18-də Gürcüstan paytaxtından cəmi 40 km məsafədə atəş mövqeləri qurdular. Xəbər verildiyi kimi, Rusiya Tbilisini nişangahda saxlamaq üçün yaxın mənzilli raketlərini əməliyyata cəlb etdi.

Gürcüstanın əsas limanı Poti Rusiya Qara dəniz Donanması tərəfindən blokadaya alındı, avqustun 13 - də isə, Abxaziyadan hərəkət edən Rusiya Hərbi -Desant Qoşunları tərəfindən işğal edildi. Bununla da yalnız Gürcüstan deyil, Ermənistan və Azərbaycan üçün də başlıca idxal-göndərmə məntəqəsi bağlandı . Cənubi Qafqaz regionu Potidən regional idxal, o cümlədən Azərbaycanın energetika sahəsinin neft və qaz sənayesi mexanizmi üçün əsas liman qismində istifadə edir.

Növbəti gün Rusiyanın zirehli kolonnası böyüklüyünə görə Gürcüstanın ikinci və Qərbi Gürcüstanda ən iri şəhər olan Kutaisi istiqamətində hərəkət etdi, lakin şəhərdən 50 km məsafədə dayandırılıdı. Lakin Moskva qoşunlarını çıxarmağa tələsmirdi.

Hazırda Avropa İttifaqına sədrlik edən Fransa prezidenti Nikolya Sarkozi Moskvaya gəldikdən sonra, Rusiya qısa vaxtda atəşkəs haqqında saziş imzaladı.

Avqustun 21- də Potidən Tbilisiyədək yol qət edən fransalı diplomat əsas Şərq - Qərb şossesində 15 - dək Rusiya postu saymışdı.

Rusiya Sarkozinin altı bəndlik sazişini yerinə yetirməkdən imtina edərsə, çox ehtimal ki, Rusiya -Amerika münasibətləri pisləşəcək və 1950 -1980 - ci illərin "soyuq müharibəsi"ni xatırladan vəziyyət yaranacaq.

İbrət dərsləri

Aşağıda hərbi əməliyyatlar başladığı vaxtdan 12 gün sonra çıxarılan bir neçə ilkin nəticə göstərilib. Beləliklə:

Ayını müşahidə etməli! Rusiyanın kontinental hakimiyyəti yüksəlişdədir.

Mərkəzi Avropa ölkələri Kremlin ritorikasını izləməli və eyni zamanda, şəxsi milli təhlükəsizlik maraqlarını mətanətlə müdafiə etməlidirlər. Kiçik dövlətlər nüvə silahına malik iri dövlətlərə ehtiramla yanaşmalıdırlar. Yalnız qələbəyə əmin olduğunuz halda. hərbi baxımdan güclü olanın provokasiya edilməsinin mənası var və hətta belə halda da, Saakaşvili ilə olduğu kimi, acı sürprizlər meydana çıxa bilər.

ABŞ və NATO-nun zəmanətlərini hərbi müstəqilliklə uyğunlaşdırmaq.

NATO-nun 5 - ci maddəsi də daxil olmaqla, Alyansın avropalı üzvlərinin Gürcüstana nisbətən daha yüksək təhlükəsizlik zəmanəti səviyyəsi var. Buna baxmayaraq, Albaniya, Rumıniya və İsveçrədə SSRİ-yə qarşı üsyanlar üçün kadr hazırlayan ölkələr, yalnız ABŞ hərbçiləri və ya nüvə silahına ümid bağlayan ölkələrlə müqayisədə, yüksək təhlükəsizlik səviyyəsinə malik idilər. Mülki müdafiəyə yenidən baxılması və xalq müdafiəsinin təşkili zərurət olmalıdır.

Yalnız Hərbi-Hava Qüvvələri kifayət etmir. Rusiya HHQ , zirehli qoşunlar, Qara dəniz Donanması, xüsusi təyinatlı qüvvələr və yaraqlılardan istifadə edir. Klauzeviçin dərsləri əhəmiyyətini saxlayır: müharibənin ağırlıq mərkəzində üstün qüvvə ilə kombinasiya edilmiş əməliyyatlardan istifadə daim kəsərlidir.

Əməliyyatların gözlənilməzliyi və sürəti, insanlığın dörd min illik müharibə tarixi ərzində olduğu kimi, bu gün də əhəmiyyətini saxlayır. Uğurlu olmaq üçün, müharibələrin dəqiq və əldə oluna biləcək hədəfləri olmalıdır. Bütün dünya və cümlədən də prezident Corc Buş Olimpiya oyunlarına baxarkən və parlamentlər məzuniyyətdə olarkən, Rusiya cümə günündən bazar ertəsinədək hədəflərin əksəriyyətinə çatdı.

Hərbi itkilərdən mümkün qədər əsəbiləşməmək və üstün hərbi və mülki potensialla düşmənə qəbuledilməz zərbə endirmək.

Gürcüstan təxminən 100 -200 əsgər itirdi və geri çəkildi. İkinci dünya müharibəsindəYaponiya və ya Almaniya kimi daha sərt rəqiblər kimi, "Taliban" yaxud "Hizbullah" kimi qruplaşmalar da daha çox zərər çəkə və yüksək itkilər versələr də, lakin hərbi əməliyyatları davam etdirərdilər.

Psixoloji-İnformasiya müharibəsinin böyük əhəmiyyəti var. Kibertəhlükəszilik kimi. Belə görünür ki, rusiyalılar dəfələrlə Gürcüstana qarşı (2007- ci ildə isə, Estoniyaya qarşı) veb-hücumlar həyata keçirərək , gürcülərin əsas saytlarını bağlayıblar.

Rusiyanın əlində Cənubi Osetiyada gürcülərin guya vəhşiliklər etməsi barədə hazır ittiham və video-materialları var idi və Moskva rəvan şəkildə öz ritorikasında "təcavüzkar-qurbandan" "Cənubi Osetiyanın dinc sakinlərinin vəhşi gürcülərdən xilası"na keçdi. Rusiyanın bu hərəkətləri bu ölkədə mənəvi ruhun dəstəklənməsi və stimullaşdırılmasına yönəlmişdi.

Geosiyasi zəlzələ

Bu münaqişənin bütün dərslərini hesablamaq hələ tez olsa da, bu geosiyasi zəlzələ Şərqi Avropa və Qərbi Avrasiya tektonik tavaların dəyişdiyini rəmzləndirir. Və bu, hələ başlanğıcdır: indi Cənubi Qafqaz, Ukrayna və sovet imperiyasının digər ölkələrinin gələcəyi həll edilir. Bu məsələdə ən başlıcası budur ki, müharibə Gürcüstan uğrunda deyil, Rusiyanın XXI əsrdə hansı beynəlxalq rolu oynayacağı uğrunda aparılır.

Prezident Corc Buş bəyan edib ki, "təcavüz istinadgaha çevrilməməlidir". Həmişə olduğu kimi, Buşun ritorikasının diplomatik baxımdan koordinasiya edilmiş hərəkətlərlə müşayiət edilib-edilməməyəcəyi sual doğurur. İranın nüvə proqramına qarşı etirazlara dair iş təcrübəsi və Buşun bundan sonra cəmi 5 ay ABŞ prezidenti vəzifəsində olacağından çıxış edərək, gözləmə mövqeyindən yanaşmanı güman etmək olar.

Rusiyanın neft dollarları ilə qidalanan hərbi gücünün bərpası, çox ehtimal ki, davam edəcək. Hərbi baxımdan yenidən dəyişmiş Rusiya Azərbaycana qarşı geostrateji mühasirə manevri və dost Ermənistana quru yol dəhlizi yaratmaqla, Qafqazdakı bütün qonşularına təhlükə ola bilər.

Təhlükə yalnız keçmiş sovet dövlətləri, o cümlədən də NATO üzvlüyünə iddialı Ukraynaya deyil, Baltika ölkələri kimi, Avropanın digər ölkələrinə də yayıla bilər.

Rusiyanın anti-status-kvo şəraitində ABŞ nəyə cəhd edə bilər:

- Bütün üzvləri ümumi müdafiə problemi ilə birləşdirərək, NATO-nun vahidliyini bərpa etmək.

- Mərkəzi Avropada raketdən müdafiə sisteminin tikintisini davam etdirmək.

- Bu ölkənin erkən xəbərdaretmə RLS-ni Amerikanın RMS sisteminə qoşmaq barədə Ukraynanın təklifini qəbul etmək.

- Gürcüstan və Ukraynaya NATO -ya Üzvlük üzrə Fəaliyyət Planının (ÜFP) verilməsinə başlamaq.

20 illik sakitlikdən sonra Birləşmiş Ştatlar və NATO yenidən Rusiyanı ÜmumAvropa təhlükəsizliyinə potensial təhdid düşərgəsi adlandıra bilərlər. NATO Rusiyanın təcavüzünün keçməyəcəyi barədə Moskvaya siqnal göndərə bilər. Bu, ixtiraçılıq və iqtisadi tədbirlərdən çıxış edərək, beynəlxalq təşkilatlarda sərt diplomatiyanın tətbiqi ilə edilə bilər. ABŞ və Avropa gələcəkdə Rusiyanın Gürcüstana qarşı hərbi əməliyyatlarını geri döndərmək yollarını axtarmalıdırlar. Bu həm də Moskvanın Cənubi Qafqaz və Şərqi Avropa ölkələrinə qarşı düşmən hərəkətlərin qarşısını almaq naminə edilməlidir.

Müəllifin rəyi Trend İnformasiya Agentliyinin rəyi ilə üst-üstə düşməyə bilər.

Bitkoinin qiyməti 11 faizdən çox ucuzlaşıb
Bitkoinin qiyməti 11 faizdən çox ucuzlaşıb
AEBA İranın uranı 60 faizə qədər zənginləşdirməyə başladığını təsdiqlədi
AEBA İranın uranı 60 faizə qədər zənginləşdirməyə başladığını təsdiqlədi
"Twitter"in işində nasazlıq yaranıb
"Twitter"in işində nasazlıq yaranıb
Loading Bars
Xəbər lenti
İsraildə aktiv koronavirus xəstələrinin sayı 2 239 nəfərə düşüb
Helsinkidə məhdudiyyətlərə qarşı etiraz aksiyası keçirilib, saxlanılanlar var
FİFA yeni Super Liqanın yaradılmasına qarşı çıxıb
Misirdə qatarın relsdən çıxması nəticəsində 11 nəfər ölüb, 98 nəfər yaralanıb
Afrikada koronavirusa yoluxanların sayı 4,42 milyonu ötüb
Avropanın 12 top klubu futbol üzrə yeni Super Liqanın yaradıldığını elan edib
UEFA bu gün AVRO-2020 oyunlarına ev sahibliyi edəcək şəhərləri təsdiq edəcək
Rusiya XİN 20 çexiyalı diplomatı "persona non-qrata" elan edib
Parataekvondoçularımız Özbəkistanda təlim-məşq toplanışında iştirak edəcəklər
Türkiyədə son sutkada koronavirusdan 43 856 nəfər sağalıb
Heydər Əliyev prospektində qəza olub (FOTO)
Üzgüçülərimiz hazırlıq mərhələsində yaxşı nəticələr göstəriblər
Dünyada koronavirusa yoluxanların sayı 140 milyonu ötüb
İraqda hərbi baza raket hücumuna məruz qalıb
Cüdoçularımız Avropa çempionatını iki bürünc medalla başa vurublar
Türkiyə sahillərində 4,2 bal gücündə zəlzələ olub
İki paraatletimiz İtaliyada qızıl medal qazandı
Britaniyada koronavirusa yoluxanların sayı 4,38 milyon nəfəri ötüb
Myanmada toqquşmalarda ölənlərin sayı 737-ə çatıb
Futbol üzrə İtaliya çempionatı: "Atalanta" "Yuventus"a qalib gəldi
“YAŞAT” Fondunun əməkdaşları respublika üzrə 2 min 881 şəhid ailəsini ziyarət ediblər
Tayvanda iki güclü zəlzələ baş verib
Bakıda ikimərtəbəli ev yanıb
Misirdə qatar qəzasında 100-ə yaxın sərnişin xəsarət alıb
Formula-1 Qran Prisinin Mayamidə keçiriləcəyi razılaşdırıldı
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
NASA helikopterinin Marsda ilk uçuşu aprelin 19-na planlaşdırılıb
Azərbaycanda 2 144 nəfər COVID-19-a yoluxub, 33 nəfər vəfat edib
Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Qarabağa aid sənədli film istehsal olunub (FOTO)
Ombudsman Səbinə Əliyeva 3-cü “Fərqli Fərdlər” Konqresində iştirak edib (FOTO)
İsmayıllıda COVİD-19 xəstəsi bazarda aşkarlanıb
Suriya prezident seçkilərinin vaxtını təyin edildi
Bədii gimnastlarımız Dünya Kubokunda iştirak edib
Adobe şirkətinin təsisçisi və PDF formatının yaradıcısı Çarlz Geşke vəfat edib
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyyətinin zoom vasitəsilə XIX toplantısı keçirilib
İranda koronavirusa yoluxanların sayı 2,2 milyona çatıb
Bitkoinin qiyməti 11 faizdən çox ucuzlaşıb
Rusiyada son sutkada koronavirusdan 389 nəfər ölüb
Çexiya 18 rus diplomatının ölkədən çıxarır
Ağdam rayonunun Saybalı kəndi (VİDEO)
Gürcüstanda koronavirusa daha 818 nəfər yoluxub, 793 nəfər ölüb
ABŞ-da naməlum şəxs yas mərasimində atəş açıb, ölən var
Sabahın hava proqnozu açıqlanıb
Ağdamda minaya düşən şəxslə bağlı araşdırma aparılır
İranda güclü zəlzələ qeydə alınıb
Xızı rayonunda sursat aşkar edilib (FOTO)
Qubadlı rayonunun Tarovlu kəndi (VİDEO)
Azərbaycan XİN 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb
Ağdam sakini minaya düşüb (FOTO)
Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub, 2 nəfər tüstüdən zəhərlənib
Cüdo üzrə Avropa çempionatı: 4 idmançımız mübarizəyə başlayır
Samuxda “Təmiz hava” aylığı ilə əlaqədar reyd keçirilib (FOTO)
Qubada ev və ona bitişik tikili yanıb
Daha 2 boksçumuz dünya birinciliyində 1/4 finala vəsiqə qazanıb
Dünyada koronavirusa yoluxanların sayı 139 milyonu ötüb - ÜST
Yaponiyada 5,8 bal gücündə zəlzələ baş verib
Ekvadorda prezident seçkilərinin ikinci turunda Qilyerme Lasso qalib gəlib
AEBA İranın uranı 60 faizə qədər zənginləşdirməyə başladığını təsdiqlədi
ABŞ-da naməlum şəxs ticarət mərkəzində atəş açıb
Fransa bəzi ölkələrdən gələn qonaqlar üçün karantin tətbiq edib
Gürcüstanda 4,5 bal gücündə zəlzələ baş verib
İspaniya Kuboku: "Atletik" klubu bir ay ərzində ikinci dəfə finalda məğlub olub
Hindistanda koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın olub
Türkiyədə son sutkada koronavirusdan 52 184 nəfər sağalıb
İngiltərə Kuboku: "Çelsi" "Mançester Siti"ni məğlub edərək finalına çıxıb
“Yaşıl Marafon” layihəsi çərçivəsində Bakıda ağacəkmə aksiyası keçirilib (FOTO)
Türkiyə sahillərində zəlzələ qeydə alınıb
Özbəkistan ilin sonuna qədər COVID-19-a qarşı öz peyvəndinin istehsalına başlaya bilər
"Bavariya"nın baş məşqçisi mövsümün sonunda komandadan ayrılmaq istədiyini açıqlayıb
Myanmada toqquşmalarda ölənlərin sayı 730-a çatıb
Böyük Britaniyada şahzadə Filipin dəfn mərasimi keçirilib
Sabirabadda ikimərtəbəli ev yanıb
"Twitter"in işində nasazlıq yaranıb
Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı
2 gənc buza dırmanacaq, çayı keçəcək, dağda yatacaq... – AzTV-də maraqlı veriliş başlayır (VİDEO)
Gədəbəydə ikimərtəbəli evdə yanğın olub
Ermənilərin yeganə şansı bütün qondarma ərazi iddialarından imtina etməkdir - Əli Hüseynli
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Azərbaycanda 2 148 nəfər COVID-19-a yoluxub, 30 nəfər vəfat edib
Baş Prokurorluq və DİN birgə məlumat yayıb
Şirkət rəhbəri külli miqdarda dələduzluğa görə həbs edildi
Azərbaycanda bu sahələrdə daha yüksək maaş verilir
Ermənistan yanlış siyasətinə, terrorçu və təxribatçı əməllərinə görə cavab verir - Deputat
Azərbaycanda qaz hasilatı artıb
"VICE News"un Ermənistanın Bərdəyə raket zərbəsi barədə reportajı beynəlxaq mükafata namizəd irəli sürülüb
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
Bakıda quldurluq: Pizza şirkətinin əməkdaşını hədələyib 500 manatını aldılar (VİDEO)
Milli Məclisin nümayəndə heyəti MDB PA-nın tədbirlərində iştirak edib (FOTO)
Azərbaycan qazı Avrasiyada qaz hasilatı artımının aparıcı qüvvələrindən biridir
2021 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə bağlı viza prosedurları sadələşdirilir - SƏRƏNCAM
İranda ötən sutka 21 min nəfər koronavirusa yoluxub, 319 nəfər ölüb
Ağdamda müasir tələblərə cavab verən heyvan kəsimi məntəqəsinin inşasına start verilib (FOTO/VİDEO)
Mingəçevirdə “Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib (FOTO)
Cəbrayıl rayonunun Daş Veysəlli kəndi (VİDEO)
Xətaidə kafeyə gedən, orada insanlarla görüşən koronavirus xəstəsi saxlanılıb (VİDEO)
Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Fərman imzalanıb
İşğalçılar Alban məbədlərini saxtalaşdırıblar, dağıdıblar - Alban-udi dini icmasının sədr müavini (VİDEO)
Azərbaycan parlament nümayəndə heyəti Sankt-Peterburqda Ulu öndər Heydər Əliyevin xatirəsini yad edib (FOTO)
Ermənilər Qarabağın hər bir kvadratmetrini saxtalaşdırmaq istəyib - Alban-Udi icmasının rəhbəri (VİDEO)
Kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanılıb (FOTO)
Bütün xəbərlər