Azərbaycan, Bakı, 09 sentyabr / Trend / Azərbaycan prezidenti İlham Əliyev tacik həmkarı Emoməli Rəhmona Tacikstan Respublikasının Müstəqillik günü münasibətiylə təbrik məktubu göndərib.
Prezident təbrik məktubunda Azərbaycan və Tacikistan arasında ənənəvi dostluq münasibətləri və çoxtərəfli əməkdaşlığın bundan sonra da xalqlarımızın mənafeyi naminə inkişaf edəcəyinə, regionda təhlükəsizliyin və tərəqqinin təmin olunmasına kömək edəcəyinə ümidvar olduğunu bildirib.
Prezident dost Tacikistan xalqına sülh və firavanlıq arzu edib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]