...

Azərbaycanın iki müxalifət partiyası arasında əməkdaşlıq haqqında saziş imzalanıb(video)

Siyasət Materials 10 Sentyabr 2008 14:44 (UTC +04:00)
Azərbaycanın iki müxalifət partiyası arasında əməkdaşlıq haqqında saziş imzalanıb(video)

Azərbaycan, Bakı, 10 sentyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanın iki müxalifət partiyası - Vahid Azərbaycan Milli Birlik Partiyası (VAMBP) və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Sənəd Azərbaycanda prezident, parlament və bələdiyyə seçkiləri vaxtı əməkdaşlığı və demokratik seçkilərin keçirilməsi və Azərbaycanda legitim hakimiyyətin formalaşdırılmasında birgə iştirakı nəzərdə tutur.

Saziş Trend Xəbərlər Şirkətinin mətbuat mərkəzində, partiyaların sədrləri Hacıbaba Əzimov və Qüdrət Həsənquliyev tərəfindən imzalanıb.

Sazişə əsasən, Vahid Azərbaycan Milli Birlik Partiyası qarşıdakı prezident seçkilərində Həsənquliyevin namizədliyini dəstəkləyəcək. Həsənquliyev prezident seçilərsə, VAMBP-ın nümayəndələri dövlət başçısının hökumət komandasında təmsil olunacaq.

Partiyalar parlament və bələdiyyə seçkilərində də birgə namizədlər irəli sürmək niyyətindədirlər və qarşılıqlı əks-təbliğat aparmayacaqlar.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir qrup üzvü 2002-ci ildə Həsənquliyevin rəhbərliyi ilə təşkilatdan ayrılıb. Onlar "birləşdirici" qurultay keçirib və 2004-cü ilədək AXCP-nin "birləşdirici" qanadı adlanıblar. 2004-cü ildə partiyanın Bütöv Azərbaycan Xalq Cəbhəsi adı altında təsis qurultayı keçirilib. 2005-ci ildə partiya qeydiyyata alınıb. BAXCP hakimiyyətə qarşı konstruktiv mövqedədir. Parlamentin deputatı Həsənquliyev prezidentliyə namizəddir.

Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Əzimov parlamentin keçmiş deputatıdır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti