...

"Frankfurt alqemayne tsaytunq" qəzetindəki məqalə ilə bağlı Gürcüstan Müdafiə Nazirliyinin bəyanatı

Siyasət Materials 11 Sentyabr 2008 15:27 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 11 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ Sentyabrın 6-da Almaniyanın "Frankfurt alqemayne tsaytunq" qəzetində Nikolya Busenin "Gürcüstanda sovet müharibəsi" məqaləsi nəşr olunub. Müəllif bu məqalədə iddia edir ki, Gürcüstan Silahlı Qüvvələrinin nümayəndələri NATO Baş qərərgahında "Cənubi Osetiyadakı silahlı münaqişənin əleyhinə olduqlarını" bildiriblər. Jurnalist həmçinin qeyd edir ki, Şimali Atlantika Alyansı diplomatlarının sözlərinə görə, Gürcüstan Baş qərərgahının bəyanatı özünə bəraət qazandırmaq və uduzulmuş müharibənin günahını Saakaşvilinin üzərinə atmağa cəhd ola bilər.

Gürcüstan Müdafiə Nazirliyi bununla bağlı bəyan edib ki, Baş qərərgahın heç bir nümayəndəsi NATO-da belə bəyanatlar etməyib. Gürcüstan Silahlı Qüvvələrinin Baş qərərəgahı demokratik yolla seçilən hökumətin mülki nəzarəti altındadır və onun səmərəli olduğu NATO-nun bir neçə qiymətləndirici qrupu tərəfindən dəfələrlə qeyd olunub.

Gürcüstan hökumətinin münaqişə baş verənədək olan şərait və ölkə hakimiyyətinin nə üçün və nə zaman konkret qərar qəbul etməsinin aydınlaşdırılmasına dair mövqeyi Gürcüstan rəhbərliyinin Rusiya təcavüzü ilə bağlı hazırladığı sənəddə öz əksini tapıb.

Hazırki sənəd yuxarıda göstərilən məqalənin nəşrinədək NATO-nun bütün ölkələrinə və Şimali Atlantika Alyansına göndərilib.

"Biz Gürpcüstan Silahlı Qüvvələri nümayəndələrinin hansısa rəsmi bəyanatları barədə infomasiyaya malik deyilik. Eyni zamanda, NATO-nun mətbuat xidmətindən alman nəşri tərəfindən yayılan əçsaslandırılmamış ittihamlara cavab tələb edirik", - deyə Gürcüstan Baş qərərgahından bildiribilər.

Nəhayət ki, NATO-nun rəsmi şəxsləri "Frankfurt alqemayne tsaytunq"da nəşr olunan informasiyanın yalan olduğunu təsdiq edib və heç bir gürcü generalının Şimali Atlantika Alyansının Baş qərgahında olmadığını və eyni zamanda, heç bir bəyanat səsləndirmədiyini bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti