...

Azərbaycanda prezidentliyə namizədlərə həftə ərzində altı saat pulsuz efir vaxtının ayrılması nəzərdə tutulur - MSK sədri

Siyasət Materials 13 Sentyabr 2008 19:38 (UTC +04:00)
Azərbaycanda prezidentliyə namizədlərə həftə ərzində altı saat pulsuz efir vaxtının ayrılması nəzərdə tutulur - MSK sədri

Azərbaycan, Bakı, 13 sentyabr / Trend müxbir, C.Babayeva/ Azərbaycanda prezidentliyə namizədlərə təbliğat-təşviqat kampaniyası çərçivəsində həftə ərzində altı saat pulsuz efir vaxtının ayrılması nəzərdə tutulur, deyə şənbə günü jurnalistlərə Mərkəzi Seçki Komisiyasının (MSK) sədri Məzahir Pənahov bildirib. Trend -un arayışı : Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək. Prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyası sentyabrın 17-də başlayacaq və 28 gün davam edəcək. Seçki Məcəlləsinə əsasən namizədlər üçün pulsuz efir vaxtı Azərbaycanın İctimai Televiziyasında ayrılacaq. Öncə prezidentliyə namizədlərə həftə ərzində üç saat pulsuz efir vaxtının ayrılması nəzərdə tutulurdu. Pənəhovun sözlərinə görə, MSK-nın nəzdnində prezidentliyə namizədlər arasında pulsuz efir vaxtını bölüşdürəcək Püşkatma komisiyası yaradılıb. "Altı saatın üç saatını İctimai Televiziya, üç saatını isə İctimai radioda ayrılması nəzərdə tutulur. Sentyabrın 17-də MSK-nın icldası keçiriləcək və bununla bağlı yekun qərar qəbul ediləcək", deyə o bildirib. Pənəhov həmçinin əlavə edib ki, təsisçisi dövlət olan "Azərbaycan ", " Xalq qəzeti", "Respublika" və "Bakinskiy raboçi" qəzetləri də namizədlərə pulsuz təbliğat imkanı yaradacaqlar.

Xəbər lenti

Xəbər lenti