...

Ukraynanın Regionlar Partiyası növbədənkənar seçkilərə təşəbbüs göstərməyə hazırlaşmır – partiya lideri

Siyasət Materials 16 Sentyabr 2008 13:21 (UTC +04:00)
Ukraynanın Regionlar Partiyası  növbədənkənar seçkilərə təşəbbüs göstərməyə hazırlaşmır – partiya lideri

Ukrayna, Kiyev, 16 sentyabr / Trend , müxbir D.Novosvitski/ Ukraynanın Regionlar Partiyası ölkədə növbədənkənar seçkilərin keçirilməsinə təşəbbüs göstərməyə hazırlaşmır. Bu barədə çərşənbə axşamı Ali Radanın iclasında partiya lideri Viktor Yanukoviç bildirib.

"Biz ötən ilki növbədənkənar seçkilərin təsəbbüsçüsü olmamışıq və indii də olmayacağıq", - deyə o bildirib.

Onun rəyinə görə, vətəndaşların həyat tərzinin yaxşılaşdırılması istiqamətində Ukraynanın nə etməli olması barədə hamı düşünməlidir.

"Hakimiyyətin səmərəli işləməsi üçün Konstitusiyanı dəyişmək lazımdır", - deyə Yanukoviç bildirib.

Bu gün Ukraynada "narıncı inqilab"ın mövcudluğu rəsmi olaraq başa çatıb.

Xəbər lenti

Xəbər lenti