...

Ermənistan prezidenti Tbilisiyə səfərə gəlir

Siyasət Materials 29 Sentyabr 2008 14:31 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 29 sentyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Ermənistan prezidenti Serj Sarkisyan sentyabrın 30 - da Tbilisiyə rəsmi səfər edəcək. Gürcüstanın Prezident Administrasiyasından verilən məlumata görə, səfər zamanı Sarkisyan gürcüstanlı həmkarı Mixail Saakaşvili ilə görüşəcək.

Tibilsidə keçiriləcək görüşdə regional təhlükəsizlik məsələləri müzakirə olunacaq. Ermənistan bu yaxınlarda baş verən gürcü - rus münaqişəsinə münasibətdə böyük ehtiyatlılıq nümayiş etdirib. Rəsmi Yerevan Rusiya qoşunlarının Gürcüstana daxil olmasını birmənalı qaydada pisləməyib, lakin eyni zamanda, Abxaziya və Cənubi Osetiyanın müstəqlliklərini də tanımayıb.

Xəbər lenti

Xəbər lenti