...

Yunanıstan ATƏT-də sədrliyi dövründə Cənubi Qafqazdakı münaqişələrə böyük diqqət yetirmək niyyətindədir - səfir

Siyasət Materials 3 Oktyabr 2008 13:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 oktyabr / Trend , müxbir N.Abdullayeva/ Yunanıstan 2009-cu ildə ATƏT-də sədrliyi dövründə Cənubi Qafqazdakı münaqişələrə böyük diqqət yetirmək niyyətindədir, - Yunanıstanın Azərbaycana yenidən təyin olunmuş səfiri Eoanis Metaksas Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarovla görüşdə deyib.

Məmmədyarov ATƏT-in regiondakı münaqişələrin tənzimlənməsində və eyni zamanda Azərbaycanda və ümumilikdə Cənubi Qafqazda sabitliyin bərpasında əhəmiyyətini qeyd edib

Görüşdə iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi, ikitərəfli münasibətlərin inkişaf etdirlməsi, birgə biznes-forumun təşkili və Azərbaycanda yunan şirkətlərinin biznesinin mümkün inkişaf perspektivləri barədə məsələlər müzakirə edilib.  

Səfir Azərbaycan XİN-in rəhbərinə təyinatı ilə bağlı etimadnamənin surətini təqdim edib.

Xəbər lenti

Xəbər lenti