...

Azərbaycanın iqtidaryönlü partiyası prezident seçkisini beş min müşahidəçi ilə izləyəcək

Siyasət Materials 8 Oktyabr 2008 17:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 oktyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanın iqtidaryönlü Sosial Rifah Partiyası (ASRP) prezident seçkisini izləmək üçün beş min nəfərə yaxın müşahidəçi təyin edib.

Müşahidəçilər Mərkəzi Seçki Komissiyasından və ayrı - ayrı seçki dairələrindən qeydiyyyatdan keçərək, müvafiq vəsiqə alıblar. Bu barədə Trend - a çərşənbə günü Partiyadan məlumat verilib.

Trend - un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın15 - də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

İqtidaryönlü Azərbaycan Sosial Rifah Partiyasının sədri millət vəkili Xanhüseyn Kazımlıdır. Partiya prezident seçkisində hakim Yeni Azərbaycan Partiyasının sədri, indiki dövlət başçısı İlham Əliyevin namizədliyini dəstəkləmək barədə qərar qəbul edib.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti