...

Ankarada seçicilərin 20% -i səs verib

Siyasət Materials 15 Oktyabr 2008 16:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr/ Trend , müxbir B.Həsənov. Azərbaycanın Ankaradakı səfirliyində seçicilərin 20 % -i səsvermədə iştirak edib.

"Qeydiyyatda olan seçicilərin artıq 20%-i səfirliyə gələrək, səsvermədə iştirak ediblər", - deyə Azərbaycanın Ankaradakı səfiri Zakir Həşimov Trend - a bildirib.

Səfir seçicilərin əsas hissəsinin iş saatından sonra səsverməyə gələcəklərini bildirib. "Burada iş günü olduğundan, biz seçicilərin əsas hissəsinin yerli vaxtla saat dörddən - beşdən sonra gələcəklərini gözləyirik", - deyə səfir əlavə edib.

Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edir.

Xəbər lenti

Xəbər lenti